Məhərrəm Həsənov Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini təyin edilib. 2017-05-24 12:08:00 / MÜHÜM HADİSƏLƏR

   Dövlət Mükafatı Laureatı, Coğrafiya İnstitutunun baş elmi işçisi, Dissertasiya şurasının katibi, c.ü.f.d., dosent Məhərrəm Səməd oğlu Həsənov AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini təyin edilib.
   Coğrafiya İnstitutunun bütün kollektivi adından xoş rəftarı, mədəniyyəti, bacarığı, savadı, işgüzarlığı və sair müsbət keyfiyyətləri ilə hamının rəğbətini qazanmış, hörmətli Məhərrəm müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, gələcək işlərində böyük uğurlar, tükənməz enerji arzulayırıq!
İnanırıq ki, direktor, akademik Ramiz Məmmədov və müavini, dosent Məhərrəm Həsənovun rəhbərliyi ilə İnstitutumuz əvvəlki kimi ön sıralarda olacaq və yeni-yeni uğurlara imza atacaqdır!

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018