Azərbaycan və Rusiya ictimai coğrafiyaçılarının konfransı olacaq 10.05.2018

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu (Cİ), Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı-İçtimaiyyətçilərinin Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının təşkilatçılığı ilə  mayın 10-dan 14-dək Cİ-də “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və  XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə Rusiya, Polşa, Fransa, Serbiya, Çin, Türkiyədən 50-yə yaxın alim və mütəxəssis iştirak edəcək.

 “Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişaf faktorları, tendensiyaları və prioritetləri”, “Azərbaycan və Rusiya müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdə”, “İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması”, “Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri”, “Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni”, “İctimai coğrafiya və müasir texnoloji çağırışlar”, “Postsovet dövründə AR və RF regionların inkişafı” kimi prioritet mövzular konfransda müzakirə ediləcək.

 

KİV nümayəndələri tədbirə dəvət olunurlar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr.115, AMEA-nın Əsas binasının 2-ci mərtəbəsində yerləşən akt zalı.

Zaman:  11 may 2018-ci il,  saat 10.00.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024