AMEA akademik H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Stara Əbülfəz qızı Tarixazər coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Böyük Qafqaz geosistemlərində ekzodinamik təhlükə və risklərin ekogeomorfoloji qiymətləndirilməsi” mövzusunda yazdığı dissertasiya işini böyük uğurla müdafiə edib.
Müdafiə işində Qazaxıstan, Gürcüstan və Rusiyadan olan xarici mütəxəssislər də iştirak ediblər.
Keçirilən gizli səsvermə yolu ilə Stara Tarixazərə coğrafiya elmləri doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilib.