AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin doktorantı Camal Hüseynovun “Azərbaycan ərazisində çoxillik temperatur rejiminin müasir paylanma xüsusiyyətləri” adlı məqaləsi Rusiyanın "Hidrometeoroloji Tədqiqat və proqnozlar" jurnalında dərc olunub.
Azərbaycan ərazisində aparılan riyazi, statistik, kartoqrafik təhlillər nəticəsində dəqiqləşdirilib ki, respublikanın temperatur rejimi şimaldan cənuba və düzənlikdən yüksək dağlığa doğru dəyişmə xüsusiyyətlərinə malikdir. Həmçinin Respublikanın ərazisinin ayrı-ayrı regionları üzrə temperatur kəmiyyətinin çoxillik orta, fəsillik göstəriciləri müəyyən edilib. Çoxillik orta temperatur kəmiyyətinin maksimum göstəriciləri Kür-Araz ovalığında olmaqla 14.6-15.4 0C intervalında müşahidə edilmişdir. Yüksək dağlığa qalxdıqca temperaturun orta çoxillik kəmiyyəti azalır.
Nəticələrdən gələcəkdə iqlim rejimi, onun dəyişkənlikləri üçün aparılan tədqiqatlarda, ərazidə kənd təsərrüfatı, turizm sənayesi və digər irimiqyaslı sənaye sahələrinin yaradılması zamanı istifadə edilə bilər.