AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin iclasında coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə dissertant Babayeva Zəminə Rəsul qızının təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. 5401.01 – “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertantın “Azərbaycan Respublikasında yeyinti sənayesinin inkişaf etdirilməsinin regional-coğrafi xüsusiyyətləri” mövzusunda işinin müzakirəsi uğurla başa çatıb və növbəti mərhələyə keçirilməsi haqqında qərar qəbul edilib.