Azərbaycan coğrafiyası haqqında yeni kitab dərc edilib 2020-09-07 12:06:00 / YENİ NƏŞRLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyevin “Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” adlı  monoqrafiyası çapdan çıxıb.

Akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə hazırlanan kitabda Azərbaycan coğrafiya elminin inkişaf tarixinə dair çoxillik tədqiqatlar əsasında  ilk dəfə olaraq kompleks  şəkildə ölkəmizdə coğrafiya elminin inkişaf tarixinə dair, formalaşma mərhələlərinə və müasir tədqiqat istiqamətinə dair elmi fikirlər və təcrübi nəticələr dövrlər üzrə təhlil olunmuşdur. Burada  həmçinin Azərbaycanda coğrafiya elmi məktəbinin baniləri haqqında geniş məlumat veriib.

Monoqrafiya tədqiqatçı alimlər, tələbələr və geniş ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.