AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, elmi fəaliyyətində uğurlar arzu edirik!
ƏZİZ NƏRİMAN MÜƏLLİM!
AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmanızın 60. çoxillik elmi-pedaqoji fəaliyyətiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, sağlam düşüncəli həyat, və elmi ictimai fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır.
Əziz Nəriman müəllim! Siz həyatınızın ilk gənclik mərhələsini doğma Gədəbəy diyarında başa vurub 1982-ci ildə ADU-nın geoloji-coğrafiya fakültəsinə daxil olmuş və 1987-ci ildə oranı bitirib coğrafiyaçı ixtisası qazanmısınız. Həmin ildən yəni artıq 30 ildən artıqdır ki, AMEA Coğrafiya İnstitutunda elmi yaradıcılıq fəaliyyətinizi və bütünlüklə ömür coğrafiyasını bu istiqamətdə formalaşdırmısınız. Hazırda Azərbaycanda sayılıb-seçilən coğrafiyaçı alimlər sırasında öz dəsti xəttinizlə tanınırsınız. Azərbaycanda müasir coğrafiya elminin, xüsusilə iqtisadi coğrafiyanın təkamül dinamikasına və istehsal- ərazi təşkilinə dair tutarlı elmi-nəzəri və təcrübi dəyərləri olan bir sıra elmi tədqiqatların müəllifisiniz. Bunların hamısı Azərbaycanda gənc milli elmi mütəxəssislərin və coğrafiyaçı kadrların hazırlanması və formalaşmasında elmi və təcrübi əhəmiyyətə malikdir. Bu gərəkli elmi uğurların və fundamental elmi nəticələrin əsası, hələ Sizin 1995-ci ildə namizədlik və 2018-ci ildə isə doktorluq dissertasiyasının müdafiəsi zamanı qoyulmuşdur. Sizin çoxillik elmi-tədqiqatlarınızın nəticəsi olaraq yaranmış yeni elmi-nəzəri və metodoloji fikirləriniz Azərbaycanın müasir coğrafiya elmini yeni məlumatlarla daha da zənginləşdirmiş, xüsusilə, təbii-dağıdıcı hadisələrin təsərrüfatların ərazi təşkilinə təsiri və sosial infrastrukturun formalaşmasını əngəlləyən xüsusiyyətləri müəyyənləşdirilmişdir. Bu sahədə Sizin çoxsaylı elmi əsərləriniz, sanballı elmi - publisistik, elmi - kütləvi yazılarınız həqiqətən təqdirə layiqdir.
Xüsusilə Respublikamızın regionlarında iqtisadi-coğrafi problemlərin, tədqiqi və təbii fəlakətlərin iqtisadi-coğrafi öyrənilməsi sahəsindəki xidmətləriniz yüksək qiymətləndirilir.
Hörmətli Nəriman müəllim! Azərbaycanda milli coğrafiyaçı kadrların hazırlanmasında, təcrübəli elmi mütəxəssisin yetişməsində, Ali təhsil ocaqlarındakı gərəkli xidmətləriniz də xalqımızın və Vətənimizin gələcəyi üçün olduqca vacibdir.
Əziz Nəriman müəllim!
Biz, bu qısa yazıda elmi-ictimai dəyərlənizin bəzi sahələrilə bir daha Sizinlə bölüşdük, ömür coğrafiyanızın bir anını yaşadıq. Ona görə icazə verin Sizi bir daha kollektivimiz adından ürəkdən təbrik edək və sizə bundan sonra da həyatda və elmi fəaliyyətlərinizdə xoş anlar diləyək.
AMEA H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun direktoru, аkademik Ramiz Məmmədov
AMEA Coğrafiya İnstitutunun
Hİ-nın sədri, dosent H.T.Haqverdiyev