TƏBRİKLƏR QƏBUL ET, ƏZİZ DOSTUMUZ
Akademik Ramiz Məmmədovun 70 illik yubileyinə
Əlamətdar gündür, ad gününüzdür,
Təbriklər qəbul et, əziz dostumuz.
Yubiley gününüz, şad gününüzdür,
Təbriklər qəbul et, əziz dostumuz.
Yetmiş illik şərəfli yol keçdiniz,
Sevərək həyatda elmi seçdiniz,
Arzularla zirvəsinə qalxdınız,
Təbriklər qəbul et, əziz dostumuz.
Tanındınız vacib işlərinizlə,
Ucaldınız halal zəhmətinizlə,
Ad-san qazandınız hünərinizlə,
Təbriklər qəbul et, əziz dostumuz.
Daim düşünərək addım atdınız,
Axtardınız, dərin sirlər açdınız,
Xoşbəxtsiniz, arzunuza çatdınız,
Təbriklər qəbul et, əziz dostumuz.
Vətəni ürəkdən, qəlbdən sevirsiz,
Əməllərinizlə təsdiq edirsiz,
Yorulmadan haqq yoluyla gedirsiz,
Təbriklər qəbul et, əziz dostumuz.
Xalqımızın şan-şöhrətli oğlusuz,
Həmişə, hər bir an gərək olmusuz,
Deməyin yetmişdi, yaşa dolmusuz,
Təbriklər qəbul et, əziz dostumuz.
Dostlar adından
Hidayət Nur, fizika-riyaziyyat elmləri doktoru, professor
Akademik Ramiz Məmmədovun 70 illik yubileyinə həsr olunur
Sizə elə ömür arzularam ki,
Xəzan yarpağı tək olmasın ürək
Yerişin, gülüşün, səsin bitməsin
Əlində qələmin heç titrəməsin
Sizə elə ömür arzularam ki,
Düşünən beyniniz, iti zəkanız
Vətənə xidmətdən, elə hörmətdən
Hər zaman zövq alsın, heç yorulmasın
Sizə elə ömür arzularam ki,
Qapı-pəncərəni öz evindəki,
Özün öz əlinlə aça biləsən
Nəvələr dalınca qaca biləsən
Tanrıdan bir ömür dilərəm sizə
Hər vaxt sevə bilin, sevilən bilin
Tanrıdan bir ömür dilərəm sizə
Ölüncə Xəzər tək cağlaya bilin.
Rəisə İsayeva, Coğrafiya İnstitutunun əməkdaşı