Geomorfologiya və təbii risklər şöbəsinin bir qrup əməkdaşı Quba rayonundan ekspedisiyadan qayıtmışlar. Şöbənin elmi-tədqiqat planına uyğun olaraq Böyük Qafqazın Şimal-şərq yamacı relyefinin ekoloji geomorfoloji şəraitini tədqiq edən dəstə üzvləri Şahdağ-Qızılqaya massivində, Mıxtökən silsiləsində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində olmuş, Şahnabadçay-Qusarçay-Qudialçay hövzələrində, Ləzə kəndi və ətraf ərazilərdə tədqiqat aparmışlar.