Alimlərimiz Neftçala rayonunda tədqiqatlar aparmışlar 2019-02-27 11:47:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov,  “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin rəhbəri, c.ü.f.d.   Mirnuh İsmayılov və  “İqlim və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, c.ü.e.d.  Səid Səfərov fevralın  21-dən 24-ədək  Neftçala şəhərində ezamiyyətdə olmuşlar.

Tədqiqatçılar Neftçala rayonunun sosial-iqtisadi inkişafı, Kür çayının müasir vəziyyəti və ekoloji problemlər haqqında məlumatlar əldə etmiş, çirkləndirici mənbələri, əsas sənaye müəssisəsi olan Yod-Brom Zavodunun ətraf  mühitə vurduğu ziyanları müəyyən etmiş,  əhali arasında sorğular keçirmiş və  əldə etdikləri məlumatların təhlilini aparmışlar.