AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi keçən Elmi seminarında pakistanlı psixoloq Cəfər Zahir Çuğtay “İnsan təfəkkürü və yaradıcılıq imkanları” mövzusunda məruzə ilə çıxış edib. Bəşər yaranışından insan təxəyyülünün inkişaf mərhələlərindən söhbət açan məruzəçi təxəyyülün başlıca funksiyasının yaradıcılıqla bağlı olduğunu diqqətə çatdırıb, bildirib ki, yaradıcılıq və təxəyyül bir-biri ilə qarşılıqlı surətdə bağlıdır və yaradıcı fəaliyyət insana gələcəyi qabaqcadan görməyə, onu dəyişdirməyə imkan verir.