Şöbə rəhbəri, c.ü.e.d. Rənabəyim Qaşqayın sədrliyi ilə Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin açıq iclasında doktorant İftixar Adil oğlu Əyyubovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertant iclas iştirakçılarının müsbət rəyini alaraq növbəti mərhələyə buraxılıb.