Şöbə rəhbəri, c.ü.f.d. Xəyyam Rəhimovun sədrliyi ilə İqlim və aqroiqlimşünaslıq şöbəsinin açıq iclasında elmi işçi Cəmilə Əhmədovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əhalinin səhhətinə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertant iclas iştirakçılarının müsbət rəyini alaraq növbəti mərhələyə buraxılıb.