AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi işçisi Emil Cəbrayılovun “Azərbaycan təbiətinə səyahət” adlı kitabı nəşr olunub.
Zahid Əhmədovun redaktorluğu ilə “Avropa” nəşriyyatında çap olunan topluda gənc tədqiqatçının vətənimizin ekzotik təbiət məkanlarına və yaşayış məntəqələrinə səyahəti zamanı topladığı təəssüratlardan söhbət açılır. Müəllifin Azərbaycan Coğrafiya Cəmiyyətinin xətti ilə gerçəkləşdirdiyi səfərlərdə sevə-sevə görüşünə tələsdiyi ərazilərin coğrafi mövqeyi, təbiət və mədəniyyət abidələri, yerli sakinlərlə qayğılı söhbətləri, səyahət zamanı yaşadığı macəralı məqamların təhlükəli anları sadə, səmimi, aydın, inandırıcı və kövrək bir dillə təqdim olunur. Əsas məqsəd Azərbaycanın ulu keçmişini və bu gününü sağlam şəkildə gələcək nəsillərə yaxından tanıtmaq, ötürmək və sevdirməkdir.
Kitabda çap olunan fotoşəkillər müəllifin özünündür.