Oktyabrın 27-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən Dissertasiya şurasının iclasında Şahnaz Əmənova 5408.01 fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə c.ü.f.d. elmi dərəcəsi almaq üçün “Acınohur öndağlığı və bitişik ərazilərin müasir landşaftlarının transformasiyasının ekocoğrafi xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Şahnaz Əmənovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.