Elmi seminar 2014-05-07 12:28:00 / ELMİ İCLASLAR

Coğrafiya İnstitutunun mayın 6-da keçirilmiş Elmi seminarında AMEA-nın "Xəbərlər" jurnalına təqdim edilmək üçün  aşağıdakı məqalələrin müzakirəsi keçirilib:

1.X.Tanrıverdiyev, A.Səfərov  “Naxçıvan MR ərazisinin ekogeomorfoloji qiymətləndirilməsi”;

2. V.Ə.Quluzadə, R.S.Abdullayev “Naxçıvan MR dağlıq geosistemində ekzodinamik proseslərin ekoloji şəraitə təsiri”;

3. M.C.İsmayılov, L.A.İsmayılova “Dağ geosistemlərinin landşaft-rekreasiya potensialının müəyyənləşdirilməsinin elmi-metodiki aspektləri (Böyük Qafqazın cənub yamacının timsalında);

4. H.M.Tahirova “Naxçıvan MR-da miqrasiya prosesləri dinamikasının iqtisadi-coğrafi təhlili”.

Müzakirələr zamanı müəlliflər seminar iştirakçıları tərəfindən verilmiş  sualları cavablandırmış və cavabları əsaslandırmağa çalışmışlar. Bildirilən irad və tövsiyələr nəzərə alınmaqla, edilən düzəlişlərdən sonra məqalələrin çapa verilməsi qərara alınıb.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024