Noyabrın 13-də institutun növbəti Elmi seminarı ilə Elmi şuranın birgə iclası keçirildi.
1.İclasda institutun dissertantı Şakir Həmzəyev (Qabissanli) “Dədə Qorqud” dastanında Qobustan toponimləri”adlı məruzə ilə çıxış etdi. Məruzədə “Dədə Qorqud” dastanının yarandı ərazinin məhz Qobustan olması haqqında yeni mülahizələr irəli sürülür. Qabissanli göstərir ki, Dədə Qorqud dastanı boylarında adı çəkilən bəzi toponimlər ilk dəfə kompleks halda və sistemli şəkildə Qobustan ərazisində yayılıb. Ümumiyyətlə, Ş.Qabissanlinin mülahizələri 1300 ildən artıq bir tarixə malik olan “Dədə Qorqud” dastanlarına yeni baxış kimi diqqəti cəlb edir. Məruzəçı qədim yazılı mənbələrə, ədəbi-bədii əsərlərə, xüsusən, Nizami Gəncəvinin, İmaməddin Nəsiminin əsərlərinə, əhali arasında yayılan əfsanə və rəvayətlərə əsaslanmaqla sübut etməyə salışır ki, “Dədə Qorqud” dastanları məhz Dərbənddən Qobustana, Qobustandan Şəkiyə qədər uzanan bir ərazidə yaranmışdır. Bu mülahizələr geniş polemikaya səbəb olsa da müəllif bəzi fikirlərlə öz ideyalarını sübut etməyə çalışır.
2.Elmi katib L.Salayeva Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin b.e.i. Ağakişiyeva Günəş Rafiq qızının coğrafiya ixtisası üzrə dosent elmi adı almaq üçün sənədlərini institutun elmi şurasına təqdim etməsi barəsində Elmi Şura üzvlərinə məlumat verdi. Elmi şura G.Ağakişiyevanın gənc və qabiliyyətli, öz üzərində işləyən elmi işçi olduğunu, namizədlik dissertasiyası müdafiə etdikdən sonra 2 dərs vəsaiti, 20-dən artıq elmi məqalə çap etdirdiyini nəzərə alaraq, ona dosent elmi adının verilməsi haqqında AR Prezident yanında AAK qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul etdi.