Elmi seminar 2013-05-30 11:33:00 / ELMİ İCLASLAR

2013-cü il, mayın 29-da Coğrafiya İnstitutunun növbəti elmi seminarında Rövzə Babək qızı Zalovanın "Qaraçay-Vəlvələçay hövzəsi torpaq landşaft kompleksinin ekoloji qiymətləndirilməsi" mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinə aparıcı təşkilatın rəyi müzakirə edilmişdir.

İddiaçının çıxışından sonra verilən suallara ətraflı cavablar verilmişdir. Aparıcı təşkilat "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin tərtib etdiyi  rəyi  c.e.d. E.K.Əlizadə təqdim etmişdir.

Müzakirələrdə coğrafiya elmləri doktorları H.A.Xəlilov, H.T.Haqverdiyev, k.t.e.n. Ə.Əliyev və başqaları çıxış etmişlər. Elmi şuranın sədri R.M.Məmmədov müzakirəni yekunlaşdıraraq rəyin təsdiq olunmasını təklif etmişdir.

Elmi şurada həmçinin 3-5 iyun 2013-cü il tarixində keçırıləcək "Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi" Beynəlxalq elmi-praktik konfransa hazırlığın gedişi geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.