Coğrafiya İnstitutunun keçirilən iclasında Aynur Vəliağa qızı Heydərova “Aerokosmik materiallar əsasında Lənkəran zonası meşəliyinin antropogen dəyişikliklərin tədqiqi” adlı məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxış edən c.e.d.H.A.Xəlilov, M.Y.Xəlilov, E.N.Əlizadə, c.e.n.E.Ş.Məmmədbəyov, f.e.d. R.M.Məmmədov və başqaları çıxış edərək ölkə ərazisində, o cümlədən də tədqiq olunan bölgədə ekodinamik dəyişikliyin tədqiqinin və moritorinqinin çox böyük elmi və təcrübi əhəmiyyəti olduğunu qeyd etdilər. Aparılan tədqiqat işinin daha da təkmilləşdirilməsi, alınan nəticələrin elmi-nəzəri əsaslandırılmasının daha da təkmilləşdirilməsi məqsədəuyğun sayıldı.
İnstitutun direktor əvəzi prof. R.M.Məmmədov aparılan elmi tədqiqatların müasir İKT sistemində təşkili problemləri haqqında məlumat verdi, institutun Coğrafiya Cəmiyyəti ilə birgə iyunun 3-5-də təşkil etdiyi Beynəlxalq konfransın elmi-təşkilati təminatı haqqında vəzifələrdən danışdı.