23 yanvar 2013-cü il tarixində institutun Elmi şurasının iclası ilə birgə elmi seminarı keçırıldi və aşağıdakı məsələlərə baxıldı:
1.”İqlimşünaslıq” şöbəsinin sabiq aspirantı Umayra Tağıyevanın “Müasir iqlim dəyişmələri şəraıtındə Gənçə-Qazax iqtisadi rayonunun iqlim ehtiyatlarının qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin adında redaktə xarakterli dəyişikliklər və yeni elmi rəhbərinin təyin edilməsi haqqında;
2. Akademik Budaq Budaqov haqqında “Xatirələr” kitabının çapa hazırlanmasının gedişi barəsində;
3. AMEA-nın Yer elmləri bölməsinin “Xəbərlər” jurnalına təqdim ediləcək aşağıdakı məqalələrin müzakirəsi;
1) E.K.Əlizadə, Ş.K.Əziziov, F.V.Məmmədova. Azərbaycanda landşaft xəritəşünaslığının inkişafında akademik B.Ə.Budaqovun rolu.
2) E.K.Əlizadə, Ə.S.Cəfərzadə Estəlx Kuhi. Elbrus dağlarının şimal yamacında sürüşmələrin yaranmasına təsir edən amillərin təhlili (Səfidrud çayı hövzəsi timsalında).
3) Ə.A.Əliyev. Bakı-Quba və Rusiya sərhədi (M-1) avtomobil yolunda hərəkət intensivliyinin biosferə təsiri.
4) M.A.Abduyev. Azərbaycann çay sularının duz tərkibi.
4. Müxtəlif məsələlər.
Qoyulmuş məsələlər ətrafında müxtəlif fikirlər yürüdüldü, müzakirələr aparıldı və qərarlar qəbul olundu.