İnstitutun "Qurunun hidrologiyası və su ehtiyatları" şöbəsinin aparıcı elmi işçisi, c.e.d. M.A.Abduyevin Rusiyada nəşr olunan "Водное хозяйство России" jurnalının növbəti sayında "Химическая денудация на горной территории Азербайджана" adlı məqaləsi çap olunmuşdur.
Məqalədə Azərbaycanın dağlıq ərazilərində kimyəvi denudasiyanın intensivliyinin qiymətləndirilməsi ion axımına görə aparılmışdır. İon axımı modulu ilə hövzənin orta yüksəkliyi arasında əlaqə alınaraq, müəyyən edilmişdir ki, kimyəvi denudasiyanın intensivliyi Böyük və Kiçik Qafqazda yüksəkliyə doğru artır, Talış dağlarında isə əksinə, yüksəkliyə doğru azalır. Tədqiq olunan ərazidə kimyəvi denudasiyanın intensivliyinin orta dünya göstəricisini 6 dəfə üstələdiyi bəlli olmuşdur.