Akademik R.Məmmədov üzv seçildi 2015-07-15 21:58:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov David Publishing Company Nəşriyyat Şirkətinin “Gəmiçilik və okean mühəndisliyi” elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Redaksiya heyəti ABŞ, Çin, Rusiya, Fransa, Azərbaycan, Avstriya, Hindistan, Polşa, Norveç, Türkiyə, Ukrayna, İtaliya, Yunanıstan və Sinqapurdan olan üzvlərdən ibarətdir. Bu jurnal  öz sahəsi üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə malikdir. Akademik Ramiz Məmmədovun  bu jurnalın redaksiya heyətinə üzv seçilməsi onun və Azərbaycan coğrafiya  elminin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.