Oktyabrın 1-də institutda keçirilən elmi seminarda Pirqulu coğrafi tədqiqatlar stasionarının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Çingiz Gülalıyevin “Dəqiq əkinçiliyinin komponenti kimi torpaq örtüyü müxtəlifliyinin elektrik xassələrinə əsasən öyrənilməsi və xəritə-sxemin tərtibi” mövzusunda məruzəsi dinlənildi.
Sonra 2014-cü ildə İnstitutda başa çatacaq elmi işlərin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi keçirildi və qərara alındı ki, hesabatın mühüm nəticələri bu il, oktyabrın 15-nə qədər Elmi Şuraya təqdim edilsin.