Dissertasiya şurasının keçən iclasında Musayeva Mətanət Ağayar qızının 5406.01 - “Hidrologiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İqlim dəyişmələrinin Böyük Qafqazın şimal-şərq yamacında qar-buz örtüyünə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
M.Musayevaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilmişdir.