İnstitutun “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Kərimovla Vüqar Dərgahovun həmmüəllifləri olduqları “Azərbaycanda və onun regionlarında turizm sənayesinin investisiya imkanları” adlı məqalə İngiltərənin “European International Journal of Science and Technology” adlı jurnalında çap olunmuşdur.
Məqalədə Azərbaycanın və onun müxtəlif regionlarının turizm sahəsinə investisiya qoyuluşu, bu sahədə müşahidə olunan tendensiyalar, turizm sahəsində yerli sahibkarlıq subyektlərinin fəaliyyətinə maliyyə dəstəyi, ölkə turizminin inkişafında xarici şirkətlərin rolu, turizmə investisiya fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlər və onların aradan qaldırılması imkanları araşdırılır.