Qurunun hidrologiyası və su ehtiyatları şöbəsi ilə İqlim və aqroiqlimşünaslıq şöbəsinin genişləndirilmiş birgə iclasında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ET Hidrometeorologiya İnstitutunun aspirantı Mətanət Ağayar qızı Müsayevanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Böyük Qafqazın şimal-şərq yamacında iqlim dəyişmələrinin daq buzlaqlarına təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.