Akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında Ramilə Adil qızı Əliyeva 5408.01– "Fiziki coğrafiya və biocoğrafiya,torpaq coğrafiyası,landşaftların geofizikası və geokimyası" ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qanıx-Əyriçay vadisi və ona bitişik dağlıq ərazilərin landşaft-ekoloji diaqnostikası və zonallaşdırılması”mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Ramilə Əliyavanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.