Həyat Şəkiliyeva dissertasiya işini müdafiə edib 2022-10-21 11:37:00 / ELMİ İCLASLAR

Akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında Həyat Fikrət qızı Şəkiliyeva 2508.01 – "Geoekologiya" ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şamaxı-İsmayıllı zonasının təbii şəraiti,təbii ehtiyatlarının qiymətləndirilməsi və mühafizə edilməsinin problemləri” mövzusunda yazdığı  dissertasiya işini müdafiə edib.

Həyat Şəkiliyevanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.