Akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında Məlikməmməd Məmmədov Xanoğlan oğlu 5401.01 – İqtisadi coğrafiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi аlmaq üçün "Azərbaycan Respublikasının regional iqtisadi-ekoloji funksional strukturunun dayanıqlı inkişafının tədqiqi" mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə Məlikməmməd Məmmədovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.