Qardaşov R. Beynəlxalq konfransda 2013-09-15 15:49:00 / TƏDBİRLƏR

AMEA  Coğrafiya İnstitutunun baş elmi işçisi, f/r. elmləri doktoru Rauf Qardaşov 10 - 14 sentyabr 2013-cü il tarixində  Sankt- Petersburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı VII Beynəlxalq konfransda iştirak edib.

Alim orada  “Meteosat 9 geostasionar peykindən Yer kürəsi müşahidə edildiyində okean üzərində Günəş pariltısının coğrafi koordinatlarının təyini”  (həmmüəllif  Eminov M.Ş.) və  “Güzgü əksi nöqtələr metodu ilə dalğalı dəniz səthindən əks olunan işığın intensivliyinin spektral analizi” (həmmüəlliflər Məmmədov R., Osadchy V.Y.) məruzələri ilə çıxış etmişdir.

Məruzələr konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilmiş və bəyənilmişdir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024