Eldar Muradlı dissertasiya işini müdafiə edib 2022-06-30 12:16:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Muradlı  Eldar Vidadi oğlu 5409.01 – Geomorfologiya ixtisasında  fəlsəfə doktoru elmi dərəcəsi аlmaq üçün “Eopleystosen və pleystosendə Azərbaycanın iqlimi” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə Muradlı  Eldar Vidadi oğlunun  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.