Züleyxa Eyyubova dissertasiya işini müdafiə edib 2022-06-28 17:42:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Züleyxa  İftixar qızı Eyyubova  2508.01 ‒ Geoekologiya  ixtisasında  fəlsəfə doktoru elmi dərəcəsi аlmaq üçün “Kiçik Qafqazin şimal-şərq yamacinin texnogen dağ geosistemlərinin optimallaşdırılması yolları” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə Z.Eyyubovanın  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.