Ceyhun Qasımov dissertasiya işini müdafiə edib 2022-06-23 18:53:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında  Ceyhun Yaşar oğlu Qasımov  5409.01 – Geomorfologiya  ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kür-Araz ovaliği və ətraf ərazilərin ekogeomorfoloji şəraitinə təbii və antropogen amillərin təsirinin aerokosmik üsullarla tədqiqi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə C.Qasımovun  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.