AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutu Dissertasiya Şurasının İxtisaslaşdırılmış Elmi seminarında Xədicə Azər qızı Bədəlovanın 5401.01 iqtisadi coğrafiya ixtisasından coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda infrastruktur kompleksi xüsusiyyətlərinin tədqiqi və inkişaf modelinin hazırlanması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
Xədicə Bədəlovanın dissertasiya işinin müdafiəyə təqdim edilməsi məqsədəuyğun sayılıb.