AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Xanım Məhəmməd qızı Osmanova 5401.01 “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Abşeron iqtisadi-coğrafi rayonunda bələdiyyələrin fəaliyyətinin ərazi təşkilinin sosial, iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə X.Osmanovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.