AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Sara Hikmət qızı Bağırlı 5402.01 “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında müalicə-turizm mərkəzlərinin inkişaf etdirilməsinin iqtisadi-coğrafi aspektləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə S.Bağırlının coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.