Bakı Dövlət Universiteti və AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu arasında davam edən qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində Universitetin coğrafiya fakültəsinin müxtəlif ixtisasdan olan 100-dən çox IY kurs tələbəsi Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçir
08.04.2022-ci il tarixinə qədər davam edəcək müddətdə tələbələr pandemiya dövrünün tələblərinə uyğun olaraq bir neçə qrupa ayrılaraq İnstitutun şöbələri, orada aparılan elmi-tədqiqat işləri, alınan nəticələr, müəssisənin yeni nəşrləri ilə tanış olacaq, görkəmli alimlərin mühazirələrini dinləyəcəklər.