V.Bəndəliyev dissertasiya işini müdafiə edib 2022-01-29 20:49:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu  Dissertasiya şurasının iclasında Bəndəliyev Vüqar  Nurəddin oğlu  5401.01 “İqtisadi coğrafiya” ixtisasında  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Dağlıq Şirvanın mikrotoponimlərinin  tədqiqi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə Vüqar  Bəndəliyevə  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib