2013-cü il 10-22 iyunda Rusiyanın Rostov-Don şəhərində Almaniya, Türkiyə, Çin, Qazaxıstan, Ukrayna və başqa ölkələrin iştirakı ilə dördüncü dövrün öyrənilməsi üzrə “Kvarterin fundamental problemləri, araşdırmaların nəticələri və gələcək tədqiqatların əsas istiqamətləri”nə həsr olunmuş VIII Ümumrusiya müşavirəsi keçirildi.
Müşavirənin məqsədi: Pleystosenin sərhədinin əsaslandırılması və dördüncü dövrün dəniz və yerüstü təbii hadisələrinin korelyasiyasını vermək.
İclas 8 seksiya üstəgəl iki stend seksiyası üzrə keçirilirdi. Bizim institutdan c.e.d. Y .Tağıyeva 2 №-li seksiyaya sədrlik etməklə S.S.Vəliyevlə həmmüəllif olduğu «Təbii şəraitin dəyişməsinin Holosendə insanların təsərrüfat fəaliyyətinə təsiri (Azərbaycanda paleolitdəki yayımına) məqaləsi ilə çıxış etmişdir.
Görüşün təşkilatçıları REA-nın Cənub Elmi Mərkəzi, REA CEM-in Quraqlıq Zonaları üzrə İnstitutu, REA YEB-in Dördüncü Dövrün Öyrənilməsi Üzrə Komissiyası və REA-nın Geologiya İnstitutu. idi.
İclaslardan əlavə iki çöl ekskursiyası təşkil edilmişdi. Birinci Taqanroq körfəzinin sahilində keçirilirdi və (N.A.Lebedeva görə) Son Xəzər transqressiyasına aid edilən liman-dəniz çöküntülərinin Beqlisa kəsiyini təmsil edirdi. Beqlic terraslarından üstə Son Pleystosenə məxsus meşə-torpaq seriyası gəlir. Bu da bilavasitə Holosenin müasir buzlaqarası mərhələləsinə uyğundur.
İkinci çöl ekskursiyası məhşur (1998-ci ildə) Marqaritovo kəsiyiindən iki troqonterievıx momont skletinin tapıldığı Azov dənizi sahilinə - Зеленый (Yeni Каqalnik) kəsiyinə təşkil olunmuşdu.