AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının elmi məqalələri sentyabrın 30-dan oktyabrın 02-dək Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “Demoqrafiya və qlobal çağırışlar” adlı beynəlxalq demoqrafik forumun materiallarında dərc edilib.
Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun “Azərbaycan Respublikası regionlarında əhali məskunlaşmasının tənzimlənməsi problemləri”, c.ü.f.d. Etibar Bədəlovun “Azərbaycan Respublikasının şəhərləşmiş ərazilərində demoqrafik proseslərin məkan fərqləndirilməsi”, kiçik elmi işçi Bəyimxanım Hüseynovanın ingilis dilində “Azərbaycanın şimal bölgələrində əhalinin yüksəklik zonalarına görə paylanmasına təbii və sosial-iqtisadi amillərin təsiri (Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun timsalında)”, elmi işçilər - Emil Cəbrayılovun ingilis dilində “Şahdağ Milli Parkının ətraf ərazilərində əhalinin paylanması” və Turanə Hüseynovanın “Azərbaycan Respublikasında demoqrafik göstəricilərin Böyük Qafqaz təbii regionu timsalında əhalinin həyat keyfiyyətinə təsiri”, doktorant Zeynəb Mirzəyevanın isə “Bakının demoqrafik inkişafının xüsusiyyətləri və onların məskunlaşmaya təsiri” adlı məqalələri dərgidə nəşr edilib.