Azərbaycanda gələcək vəd edən elm sahəsi - tibbi coğrafiya

Təbii şərait ilə insan sağ lam lı ğı arasında birbaşa əlaqənin mövcudluğu, xəs­tə liklə rin səbəbləri və yayıl masında fi zi ki, sosial, iq ti sadi və mə dəni faktorla­rın təsiri nin oldu ğu eramızdan əvvəl III əsrdən bugü nə qədər məlum dur. Hələ e.ə. 400-cü ildə Hippokrat yazdı ğı "Hava, Su və Yer" ad lı ki tabında xarici fak­torlar ilə in sanların xari ci görünü şü və müxtə lif irqlə rin etnikxü su siyyətini nə­zərdən keçirmişdir.

Adı çəkilən əsərdə bu əlaqə: "Tibbi düzgün başa düşmək istəyən hər kəs burada yazılanları öyrənməli­dir. İlkin olaraq il ərzindəki bütün mövsümlə­rin təsirləri və onlar arasındakı fərqləri nəzə­rə almalıdır. Həm bütün ölkəl ər, həm də tək bir əraziyə təsir edən küləkləri, isti və soyuğu diqqətə almalıdır. Nəhayət, suyun fərqli xüsu­siyyətlərini, insan bədənindəki fərqli təsirlə­rin bilməlidir. Eyni zamanda, insanların necə yaşadıqlarını, nələri xoşladıqlarını, nə yedik­lərini, nə içdiklərini, fiziki idmanla məşğul olub olmadıqlarını, işsiz və artıq çəkili olub olmadıqlarını müşahidə etməlidir. Regional olaraq xəstələrin şikayətlərini başa düşmək və uyğun reseptlər yazmaq üçün bütün həkim­lər bunu bilməlidir." kimi ifadə olunmuşdur.

Bir çox tədqiqatçı insan və onun yaşadığı ətraf mühitlə olan əlaqəsini sağlamlıq baxı­mından araşdıran tədqiqatlar aparmışdır. Tibbi coğrafiya olaraq qiymətləndirə biləcəyimiz belə tədqiqatlar müasir mənada coğrafiyanın bir qolu olaraq Beynəlxalq Coğrafiya Birliyi­nin (İnternational Geography Union) Tibbi

Coğrafiya Komissiyası tərəfindən 1952-ci il tarixli ilk hesabatı ilə başlamışdır. Bu tarixdən sonra tibbi-coğrafi tədqiqatlar bir stimul qa­zanmış və müasir dövrdə ən çox müraciət olu­nan coğrafiya sahələrindən biri olmuşdur.

Tibbi coğrafiya insan sağlamlığı və tibbi xid­mətlərin coğrafi tərəfi ilə maraqlanan bir elm sahəsidir ki, o mikrobiologiya, parazitologiya, immunologiya elmlərinin işığında xəstəliklərin və epidemiyaların meydana gəlməsində məkan- zaman əlaqələrini və təbii-şəraiti araşdırır. Tib­bi coğrafiyadakı tədqiqatlar və önə çəkilən fi­kirlər ənənəvi olaraq iki əsas istiqamətdə birlə­şir. Bunlardan birincisi və daha əvvəl formala­şanı "coğrafi epidemiologiya", "coğrafi patolo­giya", ya da "xəstəlik ekologiyası" olaraq adlan­dırılır. İkincisi isə sağlamlıq planlamalarında və tibbi xidmətlərin ayrılmasında ərazi və məkan yönümlü dəyərləndirmələrdir. Bu ənənə tibbi xidmətlərin yeri, bu xidmətlərə əlçatanlıq, tibbi xidmətlərin planlanmasına aid tədqiqatları əha­tə edən sağlamlığın mühafizəsi coğrafiyası və ya tibbi xidmətlərin göstərilməsi coğrafiyası olaraq adlandırılır (Şəkil 1) 7 .

ELM və HƏYAT N1, 2024