UOT-9:91:910.4

Məmməd SADIXOV

[email protected]

Qəhrəman YUSUPOV

[email protected]

Tural SALIFOV

[email protected]

Azərbaycan Turizm və Menecment Universiteti

 

Azərbaycanın sərhədyanı dağlıq və dağətəyi regionunda əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində turizm-rekreasiya
ehtiyatlarından istifadənin səmərəliyi

The effectiveness of tourist-recreational use of resources to improve
the living standards in the border of Azerbaijan's
mountainous and foothill region
 

Полезность использования туристско-рекреационных ресурсов в улучшении уровня жизни населения приграничного горного и предгорного региона Азербайджана 

Abstract: The problem of the working population in the border areas to improve the quality of their life through the use of recreational resources were devoted to the development of tourism.

Material improvement of the living standards and employment stra- tegy were adopted by the govemment to ensure that the programs were analyzed and tourism, medium and large population in the mountainous border areas, tourist-recreational resources were.

Key words: in border areas, residential, tourism and recreation, em­ployment, living standards 

Резюме: Статья посвящена проблемам работающего в пригра­ничных районах с целью улучшения качество жизни с использова­нием имеющихся ресурсов и развитием туризма.

В материале дан анализ Государственных Программ по развитию туристско-рекреационных ресурсов для улучшения уровня жизни и повышения занятости населения, проживающего в горных пригра­ничных районах.

 

Ключевые слова: приграничные территории, расселение, ту­ризм и рекреасия, занятость, уровень жизни населения.

Kütləvi turizm cəmiyyətin sosial həyatım təkbaşına dəyişdirmək iqtidarında deyildir. Buna şəhərləşmə, sənayeləşmə, əmək miqrasiyası kimi bir çox sosial amillər də paralel şəkildə təsir edirlər. Turizmin inkişafı ilə əlaqədar olaraq bölgələrdə əhali mövsümdən asılı olaraq kənardan gələn turistlərin və mövsümi işçilərin hesabına artır. Bu zaman isə ərzaq məhsullarına, yanacaq materiallarına və ümumən sosial-mədəni servisə olan tələbat artır. Deməli, turizm fəaliyyəti yerli iqtisadiyyatın inkişafına birbaşa təsir göstərir, məşğulluq səviyyəsini artırır.

XX əsrdə dünya əhalisi beş dəfə artmış, xarici turistlərin sayı 2014- cü ildə 1,2 milyarda yaxınlaşmışdır. Xarici gəlmə turistlər arasında turizmdə daha fəal olan inkişaf etmiş ölkələrin şəhər əhalisi üstünlük təşkil etmişdir. Sənayeləşmə ilə paralel şəkildə artan şəhərləşmə prosesi şəhər əhalisinin kənd və digər qeyri-ənənəvi turizm formalarına (macəra, idman, gəzinti turizmi) meylini artırır. Statistikaya görə, əhali artdıqca turizmə meyl artır, azaldıqca azalır. Lakin burada əhalinin maddi rifahının yüksəlməsi amilini yaddan çıxarmaq lazım deyil. Belə ki, məhz insanların maddi imkanları artdıqca, onların sosial-mədəni tələbatları da artır, turizm məhsullarının əldə edilməsi həcmi xeyli yüksəlir. Şəhər əhalisi kənd əhalisinə nisbətən daha çox gəlirə malik olduğu, ünsiyyət qıtlığı, stress aldığı və təbiətdən uzaq qaldığı üçün onların turizmdə iştirakı yüksəkdir.

Azərbaycanın şimal, şimal-qərb və şimal-şərq bölgələri əhali artımı (təbii artım) baxımından çoxdan diqqət mərkəzində olmuşdur. Son 25-30 il ərzində Azərbaycanda əhalinin həyat səviyyəsinin dinamikasında artım meyilləri nəzərə çarpsa da, yüksək və orta dağlıq ərazilərdə, xüsusilə sərhədyanı ərazilərdə olan yaşayış məntəqələrində bu göstərici xeyli aşağıdır. Belə ki, istehsal və sosial sfera infarstruktur sahələri ilə zəif təmin olunmuş bu ərazilər əhalinin, xüsusilə, gənclərin 1950-ci illərdən etibarən başqa ərazilərə miqrasiya etmələri ilə müşahidə olunur.

Yüksək dağlıq ərazilərdə qeyri-relyef ekzotikliyi və iqlim komfortluğu şəraitinin kənd yaşayış məntəqələrinin abadlaşdırmasına mane olması, mövcud təbii şərait və təbii ehtiyatlardan zəif istifadə edilməsi, bu ərazilərdə mədəni, iqtisadi amillər əlverişsiz məskunlaşma şəraiti yaradır. Əhalinin artması, yaşayış səviyyəsinin və həyat şəraitinin inkişafında və turizmin inkişaf istiqamətlərində əmək ehtiyatlarından istifadə edilməsində problemlər yaradan başlıca səbəblər sosial-iqtisadi istiqamətlərin [2] zaminliyini və gərginliyini yaratmış olur. İstənilən regionun inkişafının əsas göstəricisi olan sosial-iqtisadi zəminlər inkişafın mövcud səviyyəsidir. Odur ki, məqsədə çatmaq üçün strateji əhəmiyyətə malik iki məsələyə aydınlıq gətirilməlidir. Səviyyələri sovetlər birliyi dövründə yaranmış fərqləri ləğv etmək və ya nisbətən azaltmaq, bölgələrin müstəqil Azərbaycan dönəmində meydana çıxan fərqləri aradan götürmək [3]. Bu ərazilərin magistral şosse və dəmir yollarından uzaqda yerləşməsi bölgənin inkişafına mənfi təsir edən amillərdən biri kimi qiymətləndirilir. Qeyd olunmalıdır ki, dağlıq ərazilərdə kəndlər qədimdən salınmış yollar ətrafında yerləşir. Bu ərazilərdə dağlıq regionların turizm və rekreasiya ehtiyatlarından istifadə digər ərazilərə nisbətən zəifdir. Baxmayaraq ki, bu ərazilərdə turizm sənayesinin inkişafı üçün lazımi rekreasiya ehtiyatları vardır. Bu ərazilər cəlbedici təbiət abidələri, irsi, mədəni tarixi incilər, dini, fəlsəfi abidələr kompleksləri ilə zəngindir.

Turizmin spesifik fəaliyyəti ondan ibarətdir ki, bu fəliyyət təbii ehtiyatların istifadəsinə yönəlib. Təbii ehtiyatlar öz xarakterinə görə min­eral, su, torpaq, iqlim, bioloji və günəş enerjisi resurslarına bölünür. Tur­izm-rekreasiya ehtiyatlarına səmərəli və qayğı ilə münasibətin bəslənməsi, bunların mühafizəsi və artırılması Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Turizm Xartiyası, Turizmin Qlobal Etik məcəlləsində bəyan edilib və beynəlxalq turizm konvensiyaları ilə tövsiyyə edilib. Bir çox hallarda məhz turizm təbiət ehtiyatlarından istifadənin katalizatoru, istirahətin, sağlamlaşmanın sosial amili, xalqlar arasında qarşılıqlı anlaşma, şəxsiyyətin inkişafı, sosial tarazlıq və siyasi stabillik əlamətidir. Turzm sahəsinin mövcudluğu və davamlı inkişafı cəmiyyətin iqtisadi, siyasi və sosial stabillikdən, eləcə də inkişaf etmiş turizm infrastrukturundan, zəngin və istifadəsi mümkün olan turizm-rekreasiya ehtiyatlarından asılıdır.

Bunlarla bərabər tarixi dövrlərə nəzər salsaq görərik ki, bu prosesləri həll etmək üçün bir sıra dövlətlərin bir araya gəlməsi daha effəktli nəticələr verər. Bu məqsədlə, xarici ölkə investorlarının sərhədyanı regionların tur­izm sənayesinə kapital qoyuluşunu həvəsləndirmək üçün maliyyə yatırım­larına dövlət təminatının olması ilə yanaşı geniş reklam kampaniyalarının keçirilməsinə ehtiyac duyulur.

Problemi qismən də olsa aradan götürmək və regionlarda dayanıqlı inkişafa çatmaq üçün yerlərdə demoqrafik inkişafı və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində dövlət strategiyasına müvafiq proqramlar hazırlanmalı və bu tədbirlər daim nəzarətdə saxlanılmalıdır. Əsasən turizmin yeni sahəsi olan ekoturizm, xüsusilə də kənd yaşıl turizmi üzrə əməli işlərin Azərbaycanda tədbiqi daha məqsədəuyğun olardı.

Turistlərin sosial statusu əsasən onların gəlirləri, tutduğu vəzifə və cəmiyyətdə çalışdıqları sahədə qazandıqları ad ilə ölçülür. Məhz bu göstəricilər turistlərin sosial statusuna görə elit, kütlə və sosial turizminə bölünməsinə şərait yaradır. Beynəlxalq turizmdə təmsil olunan əsas əhali kütləvi turizmi təmsil edən orta təbəqədən təşkil olunmuşdur. Onların ucuz və standart tələblərinə (standart turlar, kütləvi qrup səfərləri, tətil kəndlərində istirahət, 2-3 ulduzlu hotel və restoran xidmətləri) uyğunlaşdırılan bu turizm daha çox yayılır. Ölkədə turizmin inkişafı ailə vəziyyətilə bağlı olduğu kimi, ailənin də durumu ölkənin sosial-iqtisadi siyasətinə uyğundur.

Respublikamızın qeyri-bərabər ərazi əmək bölgüsü prosesində formalaşan təsərrüfat sahələrinin səmərəli təşkilnə nail olmaq üçün regional siyasətin həyata keçirilməsi tələb olunur. Regional siyasətin həyata keçirilməsi ölkənin müxtəlif bölgələri arasında, xüsusən sərhədyanı dağlıq ərazilərlə düzən ərazilər arasında yaranmış sosial-iqtisadi fərqlərin aradan qaldırılmasına köməklik edir. 2004-2008,2009-2013 və 2014-2018-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramları ölkədə həyata keçirilən davamlı sosial- iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi hesab olunur. Belə ki, 2004-2013-cü illər ərzində respublikada ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylq əmək haqqı 5,5 dəfə artmışdır. Dövlət Proqramları müəyyən problemlərin aradan qaldırılması üçün əlverişli mühit yaratsa da, mövcud vəziyyəti tam həll cdo bilməmişdir. Dövlət Proqramları qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin artırılmasına və yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına yönəldilsə də bu tədbirlər əsas etibarilə rayon mərkəzlərini və iri yaşayış məntəqələrini əhatə edir. Əhalisinin sayına və ərazisinin kiçikliyinə görə seçilən, xüsusilə, yüksək dağlıq ərazilərdə və sərhədboyu bölgələrdə olan yaşayış məntəqələri bu proqramdan uzaq qalmışdır. Lakin onu da qeyd etmək lazımdır ki, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” çərçivəsində əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə sərhədyanı və dağlıq ərazilərdə yaşayan ailələrə (üç və daha çox uşaqlı ailələrə), xüsusilə, gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulub. Bununla yanaşı aztəminatlı, çoxuşaqlı və nata­mam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması da planlaşdırılmışdır.

Ümumiyyətlə, regionun sosial-iqtisadi inkişafı anlayışına, həmçinin əhalinin həyat mədəniyyəti kimi çətin ölçülə bilən substansiya da və dağlıq, dağətəyi kimi turizm-rekreasiya ehtiyatları ilə yaxşı təmin olunmuş bölgələri də daxildir. Regionların iqtisadi inkişafının dinamikası yalnız həmin regionların əhalisinin həyat səviyyəsinin mədəniyyətinin zəngin­ləşdirilməsi şəraitində mümkündür. Regionun sosial-iqtisadi inkişafının müsbət dinamikası o halda ola bilir ki, bütün digər bərabər şərtlər daxilində hər bir vətəndaşın şəxsi azadlığı, o cümlədən iqtisadiyyat sahəsində azadlığı genişlənir [5].

Ərazi rekreasiya potensialının inkişafı tendensiyasının ərazi rekreasiya sistemləri çərçivəsində tədqiqatını bir sıra xarici müəlliflər aparıblar. Tədqiqatlar göstərir ki, turizmin inkişafı konkret ərazi-inzibati vahidlərin sosial problemlərin həllinə köməklik göstərir. Turizmin inkişafı nəticəsində bir çox regionda yüksək maaşlı yeni iş yerləri açılır ki, bu da normal həyat səviyyəsinə şərait yaradır. Həyat səviyyəsinin yüksəldilməsi ölkənin tədiyyə balansının yaxşılaşmasına gətirir. Tənzimlənən turist axınının cəlb edilməsi xidmət sahəsinin inkişafına və yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi, qabaqçıl texnologiyaların cəlb edilməsinə imkan yaradır [9,10].

Müasir şəraitdə işçi qüvvəsindən istifadə respublikamızın ən mühüm problemlərindən biridir. Bu gün respublikamızda ən vacib vəzifələrfən biri ondan ibarətdir ki, öz vətəndaşlarını iş yerləri ilə təmin edə bilsin, bununla da sosial vəziyyətlərini yaxşılaşdırsın və bu istiqamətdə dövlətimiz tərəfindən mühüm işlər görülür. Belə ki, dövlətin qarşısında yeni iş yerlərinin açılması və köhnə istehsal sahələrinin bərpası və yerləşdirilməsi ilə bağlı məsələlərin həllinin vacibliyini ön plana çəkmək olar. Bu isə irəli gələn tədbirlərin həyata keçirilməsi üçün sahələr arasında daha çox əmək tutumlu olan, ölkə daxilində tələbatı olan, material və əmək ehtiyatları olan, regionlarda inkişafı daha tez mümkün olan sənaye məhsulları istehsal edən sahələrin açılması və yaradılması regionlarda olduqca vacib və daha məqsədəuyğundur [6].

Nüfuzlu tədqiqatçıların rəyinə görə, turizm sahəsi regional sosial-iqti­sadi inkişafa münasibətdə marketinq funksiyasını yerinə yetirir. Bununla da iqtisadiyyatın inkişafında olan nöqsanları üzə çıxarır və regional məhsula tələbatı yüksəldir [9,10].

Yeni iş yerlərinin açılması və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ilə yanaşı 2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və 2007-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçiril­məsi üzrə Dövlət Proqramı” da qəbul edilmişdir. Bu problemlərlə yanaşı 2002-ci ildən etibarən ölkə üzrə 2014-cü ilə kimi daxili və xarici turizmin inkişafı istiqamətində qəbul edilən Dövlət layihə və proqramları da kənarda qalmamışdır. Həyata keçirilən tədbirlərin əsas məqsədi əmək ehtiyatla­rından daha səmərəli istifadə etməklə əhalinin sərfəli məşğulluğunun təmin edilməsindən ibarətdir. Nəticə etibarilə regionlarda kiçik və orta sahibkar­lığın inkişafına yönəlmiş yeni müəssisələr yaradılmış, yerli əhali işlə təmin olunmuşdur. Lakin bu tədbirlər əsasən iri yaşayış məntəqələrini əhatə edirdi. Yüksək dağlıq sərhədyanı ərazilərdə isə əhalinin məşğulluq səviyyəsində demək olar ki, dəyişiklik müşahidə olunmamışdır.

2012-ci ildə Azərbaycan Respublikaslnda 120355 yeni iş yeri açıl­mışdır ki, onun da 79.5%-i daimi iş yerləri olmuşdur. Daimi iş yerlərinin 59.9%-i yalnız Abşeron və Aran iqtisadi-coğrafi rayonlarının, yerdə qalan 9.9% Gəncə-Qazax, 8.1% Naxçıvan, 5.7% Lənkəran, 4.8% Şəki-Zaqatala, 3.4% Quba-Xaçmaz, 2.8% Dağlıq Şirvan iqtisadi rayonların payına düşmüşdür. Yeni iş yerlərinin açılmasına sosial-iqtisadi layihələr, sahibkar­lara göstərilən dövlət qayğısı və onlara yaradılan əlverişli şərait olmuşdur.

Ölkəmizin hər regionu özünün spesifik xüsusiyyətlərinə və problem­lərinə malikdir. Bunlar təbii, sosial-siyasi, demoqrafik və digər amillər ola bilər. Tobii-coqrafı və siyasi xüsusiyyətlərinə görə regionlar təbii-iqlim və ekstremal zonalara, dənizkənarı və sərhədyanı regionlara, habelə ölkənin əsas ərazisindən ayrılmış regionlar kimi təsnifləşdirilir. Bu cür bölgü tu­rizm-rekreasiya potensiallarını istifadə etməklə tələb olunan uyğun inkişaf strtegiyasmı həyata keçirmək imkanı yaradır. Bu zaman regionun nəinki potensialını qiymətləndirmək imkanı yaranır, eyni zamanda sosial-iqtisadi inkişafın zəif tərəflərini müəyyən etmək olur.

Respublikamızın bölgələrində əhalinin sosial-iqtisadi inkişaf səviyyə­sini yaxşılaşdırmaq üçün məhsuldar qüvvələrin səmərəli sahə və ərazi təşkili mühüm əhəmiyyət kəsb edir. Bu problemlərin həlli regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və əmək ehtiyatlarından daha səmərəli istifadəyə köməklik edər. Sərhədyanı ərazilərdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər digər bölgələrlə müqayisədə daha zəif olduğu üçün aşağıda qeyd olunmuş tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

Təbii resurslardan səmərəli istifadə və ixrac yönümlü məhsulların istehsalına əsaslanmaqla yeni iş yerlərinin yaradılması;

Əhali məskunlaşmasını qorumaq üçün hər bir regionun ayrılıqda əsas inkişaf istiqamətlərinin müəyyən olunması;

  • Sərhədyanı və dağlıq, dağətəyi bölgələrdə əhali məşğulluğu təmin olunmalı;
  • Regionun tarazlı inkişaf strategiyası hazırlanmalı və s.

Nəticə olaraq qeyd olunmalıdır ki, son zamanlar Azərbaycanın şimal- şərq, şimal-qərb və Naxçıvan MR-sı ərazilərində əhalinin məşğulluğu istiqamətində turizm-rekreasiya ehtiyatlarının təsərrüfata cəlb edilməsi baxımından kiçik və orta biznesin inkişafı yolunda böyük işlər görülür.

Ədəbiyyat

1.Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqti­sadi inkişafı Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli fərmanı.

2.Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli Sərəncamı.

3.Azərbaycan SSR-də əhalinin məşğulluğunun bəzi məsələləri. Bakı, 1984.

4.Əfəndiyev V.Ə. Bölgənin inkişaf indikatorları əsasında idarə olunması / Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialının əsərləri. Bakı: Bak Universiteti, 2008, s. 43-54

5.Mahmudov X.N., Mahmudova İ.M. Regionların sosial-iqtisadi inki­şafının tənzimlənməsi. Bakı: İqtisadiyyat Universiteti, 2011, 370 s.

6.Məmmədov X.N. Azərbaycan Respublikasında məşğulluq sahəsində bəzi problemlər/ Bakı Biznes Universitetinin Audit jurnalı, №2 Bakı: Biznes Universiteti, 2010, s.73-77

7.Muradov Ş.M., Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər (1897- 2007-ci illər). Bakı: Elm, 2008, 240 s.

8.Rüstəmov A., Dövlətin sosial siyasətinin məqsədi əhalinin həyat səviyyəsinin yüsəldilməsidir // Azərbaycan Dövlət Pedaqoji Univer­sitetin Xəbərləri, №2. Bakı: ADPU, 2005, s 10-13

9.Джанджугазова, Е. А. Маркетинг в индустрии гостеприимства: [учебное пособие] / Е.А. Джанджугазова. - 2-е изд., М.: Академия, 2005, 224 с.

10.Зайцева, Н.А. Менеджмент в социально-культурном сервисе и ту­ризме: учебное пособие / Н.А. Зайцева - М.: Академия, 2007. 

Turizm və qonaqpərvərlik tədqiqatları beynəlxalq jurnalı, nömrə 1, 2016. səh.34-40