Şərqi Zəngəzur iqtisadi rayonunda kənd məntəqələrinin tipoloji,
morfoloji və genetik quruluşunun turizm baxımından qiymətləndirilməsi
c.ü.f.d. Sadıqov M.O., e.i.Hüseynova T.M., k.e.i. Ayulduz Ö., BDU doktorant İ.B.Məmmədov
AMEA akad.H.Ə.Əliyev adina Coğrafiya İnstitutu
AZ 143, Azerbaycan, Bakı ş, H.Cavid, 115
Xülasə
Məqalədə məntəqələrin kompleks şəkildə tipoloji, morfoloji və genetik quruluşunun turizm baxımından ərazinin cəlb ediciliyi, regionda inkişaf etmiş və yüksək debetə malik termal-mineral bulaqların aktivliyi, yeraltı sərvətlərin zənginliyi, təbiətin füsünkar gözəlliyi, resurs potensialının zənginliyi baxımından qiymətləndirilməsi şərh olunur. Yenidənqurma və abadlıq dövründə turizmin inkişafı istiqamətində ərazilərin bərpasında yeni layihə və proqramların həyata keçirilməsinə diqqətin artması ön plana çəkilir. Bütün Qarabağ regionunda Azərbaycan ordusunun tam qələbəsindən (2020 – ci il noyabr) sonra dağılmış, yandırılmış kəndlər, sənaye mərkəzləri meşə massivləri bərpa ediləcək, yenidənqurma və abadlıq işlərinin həyata keçiriləcəyi, müasir tipli sosial obyektlərlə yanaşı turizmin müxtəlif növləri üzrə inkişafı istiqamətində yeni yaşayış məntəqələri və onların çox sahəli infrasturkturalı obyektlərin salınması haqqında məlumatlar geniş yer alır.
Açar sözlər: Şərqi Zəngəzur, Qarabağ, tipoloji, morfoloji, genetik quruluşu, termal-mineral sular
Ключевые слова: Восточный Зангезур, Карабах, типологическая, морфологическая, генетическая структура, термально-минеральные воды
Key words: Eastern Zangezur, Karabakh, typological, morphological, genetic structure, thermal mineral waters
Giriş. Şərqi Zəngəzur iqtisadi - coğrafi rayonun tərkibinə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl inzibati rayonları daxildir. İqtisadi rayonunun ərazisi Qarabağ iqtisadi rayonundan fərqli olması baxımından onun relyefinin, iqlim, şəraitinin müxtəlifliyi təsərrüfatın geniş ərazi üzrə yığcamlığı ilə də nəzər diqqəti cəlb edir. Şübhəsiz ki, bu amillər kəndlərin funksional təsərrüfat tipinə və onların morfoloji-genetik quruluşuna da təsir edir. Ərazinin turizm baxımından dəyərləndirilməsi regionda inkişaf etmiş yüksək debetə malik termal-mineral bulaqların aktivliyi, yeraltı sərvətlərin zənginliyi, hər tərəfli təbiətin füsunkar gözəlliyi və gələcəkdə inkişaf yönümlü olması, resurs potensialının zənginliyi baxımından da daha valehedicidir.
Bu regionda relyefin nisbətən parçalanması, təsərrüfata yararlı torpaq (əkin) sahəsinin azlığı, havanın soyuq və şaxtalı keçməsi səbəbindən tarix boyu kənd məntəqələrinin salınması planı orta dağlıq, dağətəyi hissələrdə və yüksək dağlığın aşağı ərazilərində aparılmışdır. Bu baxımdan regionun kəndlərinin funksional tipləri və onların morfo-genetik quruluşunu Qarabağ iqtisadi rayonunun kəndlərinin davamı kimi götürmək olar [1]. Məntəqələrin xarici görünüş baxımından fərqliliyinə görə Kəlbəcərin Qılınclı və Zallar kəndlərinin ərazisi hər tərəfi dağlarla əhatələnmiş nisbətən yüksək massivlər arasında salınmışdır. Tikililər sistemsiz, bir mərtəbəli olub gilli - saman qarışıq çiy kərpicdən və nisbətən sement qarışıq xırda çaxraq və çay daşlarından inşa olunmuşdu [1]. Bu tip kəndlərin həyətyanı təsərrüfatları vardır ki, onların da sahələrinin sərhədboyu xırda çınqıl və çay daşlarından çəpər çəkilmişdir. Şübhəsiz ki, bu təsnifatı Zar, Şıraq, Bəzirxana, Məmmədsəfi, Keştək və s. haqqında demək olmaz. Kəlbəcərin yaşayış məntəqələri digərlərindən fərqli olduğu üçün onların morfoloji - genetik quruluşu da müxtəliflik təşkil edir. Məsələn, Zeyinli, Başlıbel, Çərəkdar, Şurtan və s. dərələrdə, bəzən dağətəyi ərazilərdə salınmışdır [8]. Regionun kəndlərinin tipologiyasını müxtəliflik baxımından 6 təsərrüfat tipli kəndlər çərçivəsində tədqiqata cəlb etmək məqsədə uyğundur (işğalda olmayan kəndlər). Təbii - coğrafi baxımdan Kəlbəcər, Laçın və Qubadlı sanki eynilik təşkil edir. Bu ərazilərdə sağlamlıq ocaqlarının və əyləncə guşələrinin potensial gücü ilə yanaşı, burada kompleks obyektlərin salınması birmənalı qarşılanmalıdır.
İkinci Dünya müharibəsindən sonra (1945-1950) bütün sovetlər birliyində olduğu kimi Qarabağ regionunda da çox planlı və çox funksiyalı islahatlar, yenidənqurma işləri həyata keçirilməyə başladı.Yeni kəndlər, qəsəbələr və yeni şəhər statusu alanlar və s. Baxmayaraq ki, regionun ərazisinin 80-85%-i dağlıqdır, bu baxımdan da kənd məntəqələri əsasən kənd təsərrüfatına yararsız torpaq sahələrində və relyefin münasib yerlərində salınmağa başladı.
İqtisadi rayonunun kənd məntəqələri 500 - 2250 m yüksəkliklər arasında salınmışdır[12]. Bu ərazilərdə olan kənd məntəqələrini əhalinin təsərrüfat fəaliyyətindən asılı olaraq aşağıdakı funksional tiplərə ayırmaq olar:
Şəkil 1. Şərqi Zəngəzur iqtisadi rayonunun kəndləri və mineral su mənbələri
Misal: Vənədli sxem (d) , Laçının Minkənd (G), Qubadlının Çərəklik- sxem
(ğ). Regionun bu kəndlərinin inkişaf dairəsi və turistləri cəlb etmə
dərəcəsi daha səmərəli olub qanunauyğunluq təşkil edir.
Şəkil 2. Şərqi Zəngəzur iqtisadi rayonunda kənd yaşayış məntəqələrinin morfoloji və genetik quruluşu
Bu regionun kəndlərinin tipoloji və morfo - genetik quruluşunun tədqiqində bu qənaətə gəldik ki, iqlimin sərt, relyefin parçalanma dərəcəsi ilə yanaşı kəndlərin ərazi üzrə yerləşməsi heç də birmənalı təsir göstərməyib. Eyni yüksəklikdə bir - iki evdən ibarət kəndlərlə yanaşı əhalisinin sayı 250 - 500 nəfər arasında fərqlənən kəndlərdə diqqəti cəlb edir.
Şübhəsiz kəndlərin tipoloji xüsusiyyətlərinə və morfoloji təsnifatına da son 30 ildə erməni işğalı və müharibənin tör - töküntüləri az təsir etməmişdir.
Bütün Qarabağ regionunda Azərbaycan ordusunun tam qələbəsindən (2020 - ci il noyabr) sonra dağılmış, yandırılmış kəndlər, meşə massivləri bərpa ediləcək, yenidənqurma və abadlıq işləri həyata keçiriləcəkdir. Yeni, müasir tipli sosial obyektlərlə yanaşı turizmin müxtəlif növləri üzrə əsasən müalicə və sağlamlıq inkişafı istiqamətində yeni yaşayış məntəqələri və onların çox sahəli infrasturkturalı obyektləri salınacaqdır [10].
Ədəbiyyat
Типология сельских поселений Восточно-Зангезурского экономического района, оценка морфологической и генетической структуры в условиях туризма
Садыков М.О., Гусейнова Т.М., Аюлдуз О. И.Б.Мамедов
Резюме
НАНА, Институт Географии им. акад. Г.А.Алиева
В статье комментируется оценка района с точки зрения туризма с точки зрения активности высокоразвитых термально-минеральных источников в регионе, богатства подземных ресурсов, всесторонней красоты природы и богатства ресурсного потенциала на перспективу. В период реконструкции и благоустройства все большее внимание уделялось реализации новых проектов и программ по восстановлению территорий для развития туризма. После полной победы азербайджанской армии во всем карабахском регионе (ноябрь 2020 г.) будут восстановлены разрушенные, сожженные села, леса, проведены работы по реконструкции и благоустройству, наряду с современными социальными объектами будут построены новые населенные пункты и их диверсификация. Имеется много информации о строительстве объектов инфраструктуры.
Typology of rural settlements of the East Zangezur economic region, assessment of the morphological and genetic structure in terms of tourism
Sadygov M.O., Huseynova T.M., Ayulduz O. I.B.Mamedov
Summary
ANAS, Institute of Geography named after acad. H.A.Aliyeva
The article comments on the assessment of the area from the point of view of tourism in terms of the activity of highly developed thermal and mineral springs in the region, the wealth of underground resources, the comprehensive beauty of nature and the wealth of resource potential in the future. development. During the period of reconstruction and improvement, more and more attention was paid to the implementation of new projects and programs for the restoration of territories for the development of tourism. After the complete victory of the Azerbaijani army in the entire Karabakh region (November 2020), destroyed, burned villages, forests will be restored, reconstruction and improvement work will be carried out, along with modern social facilities, new settlements will be built and their diversification. There is a lot of information about the construction of infrastructure facilities.
“Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, s.127-132, 27 May, 2022-ci il,
Bakı: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecement Universiteti