Dünya təcrübəsindən məlumdur ki, əkinçilik və maldarlıq əsasən Mesopotamiyada, Fərat və Dəclə çaylarının sağ-sol sahillərində, Nil çayı və Çinin Yantsız, Xuanxe çaylarının sahillərində, Kür və Araz çayları ətrafında, Mərkəzi Asiyanın Fərqanə vadisində, Kolxida və Lənkəran ovalıqlarında və eyni zamanda Türkiyə və İranın dağətəyi bölgələrində inkişaf etməyə başlamışdır. Hazırda sürətlə inkişaf edən turizm və otelçilik sənayesi də bu sahənin məhsullarındandır. Şərq ölkələrinin inkişaf dinamikasının təhlili bizə sübut etdi ki, bu günkü turizm sənayesinin ilk inkişaf mərhələsi məhz Asiya ölkələrindən başlamışdır. Müasir dövrdə dünya ölkələrində turizmin 50-yə qədər növündən istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, adı çəkilən növlərə yeni iki növü də əlavə etmək olar.
Apardığımız tədqiqatların nəticəsi kimi son 5 ildə Azərbaycan ərazisində kanyon və yaylaq turizm növləri də inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan ərazisində 10-dan çox kanyon turizm növündən istifadə etmək mümkündür. Turizm sektorunda kanyon turizminə çox yaxın olan sahələrindən biri yaylaq turizmidir. Adından göründüyü kimi yaylaq turizmi ölkələrin dağlıq ərazilərinin dəniz səviyyəsindən 1350-3250 m arasında yerləşən yaylaqlar əhatə olunur. Bu istiqamətdə qonşu Gürcüstan respublikasının azərbaycan türklərinə məxsus olan mövsümi istifadə olunan yaylaqları misal çəkmək olar. Bura Cavaxeti sıra dağlannın Sarvan camaatına məxsus Zəlyə-barmaqsız-Nayvəli yaylaqları daxildir.
Şəkil 1. Yaylaq turizminin yaranma səbəbləri və inkişaf istiqamətləri.
Qeyd etmək lazımdır ki, istər Cənubi Qafqaz, Mərkəzi Asiya, istərsə də digər yuxarıda adları çəkilən ölkələrin ərazilərində olan yaylaqların özlərinə məxsus atributları vardır. Yaylaqlardan istifadə etmə baxımından *çadırların (dəyə), evciklərin qurulması üçün ərazidə sahələrin ayrılması, *maldarlıq, qoyunçuluq və arıçılıq təsərrüfatlarının yerləşdirilməsi, *mövsüm ərzində (3-4 ay) əhalinin yaşaması üçün ərazidə minimum şəraitin yaradılmasının vacibliyini qeyd etmək olar. *Yaylaqlarda qız-oğlan toylannın və bayram şənliklərinin keçirilməsi üçün müəyyən şərtlərin qəbul edilməsi və seçiminin apanlması, *dağçılar-yaylaqçılar üçün qəbristanlıqların salınması və istifadə edilməsi, *dağçı və yaylaqçıların sağlamlığına yardımçı olan müalicə əhəmiyyətli bitkilərin və təbii bulaqların olması, *yaylaqlarda turizmin bu növünü yaşatmaq və dayanıqlı etmək üçün orta əsr tıümunələrini bərpa edib müasir həyata qaytarmaq, *türkçülüyün ilk əlamətlərini yaşadan köçəri heyvandarlıq təsərrüfatmı yaylaqlara istiqamətləndirmək, *yaylaq turizmində təbii mühiti ekoloji cəhətdən qiymətləndirmək zəruridir. Bu istiqamətdə respublikamızın ərazisində olan yaylaqlar diqqət mərkəzində olub öz cəlbediciliyi ilə insanları bir araya gətirir.
Azərbaycan ərazisində turizm baxımından zəngin yerüstü və yeraltı ekosistemlərinin potensialı güclü olan regionlar çoxdur. Belə regionlardan Qarabağ subregionunu qeyd etmək olar.
Şəkil 2. Sarvan yaylağı ilə Qaracalar yaylağı arasında süni yaradılmış gölməçə (əsasən qoyunların qırxını və dərmanlanması)
30 il davam edən erməni işğalına 2020-ci ilin noyabrında son qoyulması bu regionun sərvətlərindən də istifadə etməyə şərait yaratmışdır. Subregionun ən cəlbedici bölgəsi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan inzibati rayonlarıdır. Əlbəttə, ölkəmizin belə zəngin və cəlbedici əraziləri Naxçıvanda, Gədəbəydə. Daşkəsəndə və Tovuz rayonlarında da vardır. Lakin tədqiqat zamanı əlimizdə olan materiallardan istifadə edib turizmin bu yeni növü haqqında ideya və təklifləri əsas götürüb bütün respublika ərazisində olan yaylaqlara şamil etdik. Yeni elmi-praktiki istiqamətləri Qarabağ subregionunun materialları çərçivəsində həyata keçirdik.
Qarabağ subregionunun materiallarında 1989-cu ilə istinad edilir. Məqalənin yazılışında respublikanın 1:100000 topo xəritələrinin planşetlərindən və Azərbaycan Respublikası ümumcoğrafı məlumat xəritəsindən (1:500000) istifadə edilmişdir.
Kəlbəcər və Laçın inzibati rayonlarının ərazisində olan yaylaqlarda əhali uzun illərdir evcik və dəyələr qurub istirahət edirlər. Bəzi ölkələrdə (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Monqolustan və Tibetdə) bunlara yurta da deyilir. Maraqlıdır ki, Azərbaycanda və Gürcüstanda bəzi yaylaqlarda kənd yaşayış məntəqələrinə də rast gəlinir. Bunlara Yansar kənd yaylağı, Hacı Usub gədiyi yaylağı, Zar, Hacıbabış (Quruselat) yaylağı, Taxtadüz kəndində elat çadırları, Qızılqaya yaylaq bulağı, Tüklük yaylaq bulağı, Alttala yaylağı və bulağı, Gölbinəsi. Qazax və Yarpızlar binə-yaylaqlarını, laçın rayonunda isə Qırxqız, Farmaştəpə, Qaradağlı. Çöplügöl, Dəlidağ, Qaraçöl, Çalbayır, Kahabulaq, Əlyetməz, Sarıbulaq, Çaladaş, Beşbulaq, Hasarlar, Gürcüstanda isə Pərvanə gölü ətrafında Toxabir, Gənza və s. kimi yaylaq kəndləri əsrlər boyu xalqa qulluq etmişdir. Onu da qeyd etmək lazımdır ki, laçınlıların müvəqqəti istifadəsində olan Ağcabədi, Beybqan və İmişli rayonlarının inzibati ərazisinə daxil olan Taxta körpü adlanan yaylaq sahələrində əhali 2006-2020-ci illərdə salınmış 8 qəsəbədə fəsli məskunlaşmağı üstün tutmuşlar. Bunlara Mişni, Orta yataq obası, Hacılar orta yataq obasını misal göstərmək olar. Obaların əksəriyyəti ayrı-ayrı şəxslərin adlan ilə adlandırılmışdır. Laçın rayonunun işğaldan əvvəl əsas qış otlaqları Ağcabədi rayonunun ərazisində yerləşirdi. Bu baxımdan Qarabağın bu bölgələrində ən qədim zamanlardan yerli əhali yaylaq-qışlaq düşərgələrindən istifadə etmişdir. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu yaylaqlara əhali уепэ də qayıdacaqdır. Lakin bütün bunlarla yanaşı xarici turistləri və qonaqları fıisunkar gözəlliyə malik olan yaylaqlara cəlb etmək üçün beynəlxalq səviyyəli işlərin həyata keçirilməsi birmənalı qarşılanmalıdır. Turizmin bu növünü beynəlxalq səviyyəyə çatdırınaq üçün yaylaqlarda turizm atributlarının və infrastrukturun yaradılması ön plana çəkilməlidir.
3.Turistlərin ovçuluq, balıqçılıq, at üstündə və piyada gəzintilərinin təşkil edilməsidir;
4.Meşəlik, kolluq və çəmənliklərdə gül-çiçək və dərman bitkilərinin toplanması üçün yol xəritə-sxeminin tərtibatıdır;
5.Yaylaqlarda müxtəlif mağazaların açılması, turist V3 qonaqlara lazım olan avadanlıqların təşkil edilməsi;
6.Səhiyyə ocaqlarının yaradılması və lazım olan dərmanların satışının təşkili;
7.İdman obyektlərinin qurulması və onların icarəyə verilməsi;
8.Müasir tipli camaşırxana və biotualetlərin quraşdırılması;
9.Yaylaqlarda çadır-evciklərin işıqlandırılması və qızdırılması;
lO.Yaylaqlarda xarici və daxili turistlərin əraziyə baxış münasibətilə bağlı turların təşkil edilməsi;
1 l.Yaylaq ərazilərinin video görüntülərinin kamera vasitəsilə izlənməsinin təşkili.
Bu istiqamətdə ən əsas işlərdən biri yaylaqlara 1-ci kateqoriyalı asfalt örtüklərin çəkilməsidir. 2-ci turistlərin gecələmə yerlərinin (kotec, kempinq və motellər) tikilməsi və təşkilidirdir
Şəkil 3.Sarvan camaatmın yaylağa çıxdığı "Çınqıllı" adlı sııbalp çəmənliyi arxada. Koroğlu dağı
Şübhəsiz ki, yuxarıda sadalanan turizm infrastrukturlarının yaradılması bu ərazilərə turist axınının sürətlənməsinə gətirib çıxaracaqdır. Bu isə dövlət büdcəsinə valyutaların daxil olmasına gətirib çıxaracaqdır. Eyni zamanda kənd təsərrüfatı sahələrindən kənarda qalmış dağlıq və yaylaq ərazilərimizin istifadə əmsalını daha da artıracaqdır.
Bütün bu sadalanan ideya və təkliflər Azərbaycanda çox funksiyalı turizm və rekreasiya amillərinin müasir dövrdə inkişaf etməsinə və onlara turistlər tərəfindən marağın daha da artmasına səbəb olacaqdır. Eyni zamanda dünya turizm kataloquna daxil olub öz möhürünü vuracaqdır.
Şəkil 4. Taxtadüz. Nalbənd yeri (at nallanan yer)
Şəkil 5. Taxtadüz. Elat çadırları
ƏDƏBİYYAT SİYAHISI
AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,
coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqov
Yer və insan elmi-nəzəri jurnalı №02, 2022, səh. 90-93