1.Sahibkarlıq subyektinin vəzifəsi
Fiziki və ya hüquqi şəxs uzunmüddətli icarəyə götürdüyü 10 ha torpaq sahəsində tibbi zəli biofabrkini yaradacaq, onların bəslənilməsi, çoxaldılması və satışı ilə bağlı fəaliyyət göstərəcəkdir.
2.Layihə haqqında məlumat
Layihə çərçivəsində 10 ha sahədə ildə 5 mln tibbi zəlinin yetişdirilməsi nəzərdə tutulur. Tibbi zəli yüksək məhsuldarlığa və yetişdirilməsi xərcləri minimum olan onurğasız heyvan növüdür. Bu sahəni rentabelli edən əsas amil zəlilərin yetişdirilməsi üzrə maya dəyərinin aşağı, məhsuldarlıqlarının və satış qiymətlərinin yüksək olmasıdır. Belə ki, bir ana zəlidən orta hesabla 10-20 ədəd bala almaq mümkündür. Zəlilərin çoxaldılması üçün əlverişli mühit yaradılması vacib¬dir. Bunun üçün birinci addım torpaq sahəsinin ayrılmasıdır. Layihənin həyata keçməsi məqsədilə təşəbbüskar peşakar mütəxəssislər cəlb ediləcəkdir. Zəlinin ölkəmizdə yalnız bir növü olan tibbi zəli insana faydalıdır. Hazırda həmin zəlilər təbiətdən kortəbii və plansız şəkildə kütləvi olaraq ovlanılır.
Bu hal davam edərsə ölkəmizdə yaxın gələcəkdə həmin zəlilərin nəsli kəsilə bilər. Bunun qarşısının alınması üçün elmi-texniki təkliflər əsasında müvafiq biofabriklərin yaradılmasının rolu danılmazdır.
Təşəbbüskar təklif olunan biofabrikdə yetişdirilmiş zəlilərin daşınmasını, satışını, hətta ixracını mükəmməl səviyyədə təşkil etməyi qarşısına qoymalıdır. Yetişdirilən zəlilərin bir hissəsi daxili təlabatm ödənilməsinə, bir hissəsi isə xarici, əsasən Avropa ölkələrinə ixrac olunacaqdır.
Təşəbbüskar öz fəaliyyətində rəqiblərindən daha öndə olmağı, uğurla rəqabət apara bilməsi və imi¬cinin lazımi səviyyədə saxlanılması və istehlakçıların inamının doğrulatması məqsədilə mütəmadi işlər aparmaq əzmindədir. Müəssisənin gələcəkdə yaradılacaq brendinin və imicinin lazımı səviyyədə saxlanılması üçün bazara yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun tibbi zəlilər çıxarılacaqdır.
Biofabrikin təşkil olunması ilk növbədə bu sahənin inkişafına, təbiətdən zəlilərin kütləvi ovlanmasına və brakonerliyə marağın azalmasına, ölkə daxilində bu heyvanlara olan təlabatm tam ödənilməsinə xidmət edəcəkdir. Layihənin həyata keçirilməsi əhalinin zəli müalicəsinə artan təlabatının ödənilməsi, səmərəli kommersiya fəaliyyətinin genişləndirilməsi, tibbi turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
3.Maliyələşdirmənin mənbələri, həcmi və təyinatı
Təşəbbüskar müvafiq işlərin görülməsini həyata keçirmək üçün 10 ha sahədə süni göllərin yaradılmasını, biofabrikin eləcə də zəlilərin saxlanması və daşınması üzrə yardımçı tikililərin inşasını nəzərdə tutur. Layihənin həyata keçməsi məqsədilə təşəbbüskar tərəfindən 300 min manat, investor və ya kredit hesabına isə 1000000 manat vəsait tələb olunur.
Biofabrikdə yüksək keyfiyyətli, təbii şəraitə dözümlü və yüksək məhsuldar tibbi zəlilər saxlanılacaqdır.
Qeyd olunan vəsait göllərin salınması və biofabrikin inşası ilə yanaşı su ehtiyyatı anbarının yaradılmasına, damazlıq zəlilərin alınmasına və sair işlərə sərf olunacaqdır.
4.Zəlilərin yetişdirilməsi, son məhsul və onun satış bazan haqqında qısa məlumat.
Hazırda ölkəmizdə zəlilər, əsasən, göllərdən tutulur ki, bu da olduqca təhlükəlidir. Belə ki, göldən tutulan zəlilər orada yaşayan canlıların qanını sorur ki, bu da nəticədə infeksiya yayılması baxımından təhlükə törədə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq təcrübədən, xüsusilə də Rusiyada yaradılmış və xüsusi texnalogiya ilə işləyən bir biofabrikdə ildə 1 milyona yaxın zəli yetişdirilməsi təcrübəsindən istifadə etmək olar. Həmin texnologiyanı ölkəmizə gətirməklə zəli istehsalını biofabrik səviyyəsində təşkil etməyə nail olmaq olar. Hazırda ölkədən müxtəlif yollarla kənara çıxarılan zəlilərdən xaricdə donor və ya birbaşa damar, osteoxondroz və s. xəstəlilkərin müalicəsində istifadə olunan xüsusi məlhəmlər hazırlamaq üçun xammal kimi istifadə olunur.
Azərbaycanda zəli yetişdirmək üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Zəli yetişdirilməsi mütləq inkubator və ya biofabrik səviyyəsində həyata keçirilməlidir. Ölkəmizdə biofabriklər yaradılarsa yetişdirilən zəlilərin həm sayı artar, həm də steril olar. Bununla yanaşı satışa çıxarılacaq zəlilərin baytarlıq və gigiyenik cəhətdən istifadəyə yararlı olması haqqında sertifikat alınmalıdır.
Zəli haqqında. - Dünyada zəlilərin 500-ə yaxın, Azərbaycanda isə 17 növü məlumdur. Təbabət zəliləri şirin sututarlarında yaşayan onurğäsız heyvanlar aləminin ljəlqəvi qurdlar tipinin (Annelida) zəlilər (hirudinea) sinfinə aiddir. Tədqiqatçılar zəlilər sinfini iki yarımsinfə: qädim (archihirudinea) və əsl zəlilərə (euhirudinea) ayırırlar.
Qədim zəlilərə yalnız bir dəstə - qıllı zəlilər (acan-tabdellida), əşi zəlilərə isə (rhynchobdellida) çənəli zəlilər (qnathobdellda) dəstələri aid edilir. Zəlilərin ən geniş yayılmış nümayəndələri əsl zəlilərdir. İnsanların sağlamlığında xüsusi yer tutan təbabət zəliləri əsl zəlilərin çənəlilər dəstəsinə aiddir. Təbabət zəlilərinin insan orqanizmi üçün faydalı olan 3 yarımnövü müəyyən edilmişdir.
1) adi təbabət zəlisi (hirudo medicinalis);
2) aptek təbabət zəlisi (hirudo officinalis);
3) Şərq təbabət zəlisi (hirudo orientalis).
Tibbi zəliləri bir-birinə çox yaxın olub, öz aralarında sərbəst çarpazlaşaraq döllü nəsil verirlər. İndiyə qədər su hövzələrində qeydə alman təbabət zəliləri hirudo medicinalis adı altında tanınır.
Zəlilərin arasında Şərq təbabət zəlisi daha fəal olub, öz çəkisindən 4-5 dəfə artıq qan sorur. Təbabət zəliləri su bitkiləri ilə zəngin olan şirin su hövzələrində (biotop), əsasən, göl və gölməçələrdə, gölməçə tipli bataqlıqlarda, sucuq yerlərdə, sakit axan dayaz çaylarda, bəzi bulaqlarda yaşayırlar.
Zəlilər alabazək, qaramtıl bataqlıq rəng çalarlı, açıq-qəhvəyi narıncı, yaşıl zeytuni rəngli parlaq bədənə malikdir. Bədəni yumşaq, sürüşkən və möhkəm əzələ sisteminə malik olduğundan suda asanlıqla dalğavari hərəkət etməklə üzürlər.
Təbabət zəliləri (tibbi zəlilər) bel-qarın istiqamətində yastılaşmış formada olub, bədəninin ön ucunun üst tərəfində zəlilərin təsnifatında mühüm yer tutan yarımdairə şəklində düzülmüş beş cüt göz yerləşir. Təbabət zəlilərinin bədəni seqmentlərdən ibarətdir. Əsl zəlilərdə seqmentlərin sayı sabit olub, 33 ədəd təşkil edir. Bədənin üzərində simmetrik düzülmüş boz-qara rəngli və narıncı çalarlı nöqtəvari ləkələr yerləşir.
Su hövzələrində, akvarium və müxtəlif qablarda saxlanılan təbabət zəliləri 1-2 gündən bir qabıqlarını (dərilərini) dəyişirlər. Zəlilərin qabıqları ağ rəngli olub, suyun dibinə çökərək, onun çirklənməsinə səbəb olur. Belə şəraitdə zəlilər qıvrılır, büzüşütərək passivləşir, rəngi qonurlaşır və istifadə üçün yararsız hala düşürlər. Odur ki, akvarium və ya başqa qablarda saxlanılan zəlilərin suyu mütəmadi olaraq təmiz su ilə dəyişdirilməlidir. Təbabət zəlilərinin orta hesabla uzunluğu 100-120 mm-ə çatır, bəzən isə 200-250 mm uzunluğunda olan fərdlərə də rast gəlmək mümkündür.
Qeyd edilməlidir ki, tibbdə və alternativ təbabətdə 60-70 mm ölçüdə zəlilər müalicə məqsədi üçün daha yararlı hesab edilir. Müalicə əhəmiyyətli təbabat zəliləri cənub mənşəlidir. Zəlilərin su həyat tərzi keçirməsinə baxmayaraq, onlarda qəlsəmə sistemi yoxdur və bədənlərinin səthi ilə tənəffüs edirlər, insan və heyvan qanını sorarkən 1 dəfə doyunca sorduğu qanla 6 ay, bəzən isə 1 ilə qədər qidalanmadan yaşaya bilir.
Zəlilər, adətən, su hövzələrində küləkli və soyuq havada su bitkilərinin arasında, sahilə yaxın rütubətli yerlərdə və torpağın içində və daşların altında gizlənirlər. Su hövzələri quruyarsa, zəlilər bir müddət rütubətli torpaqlarda yaşayır və ya orada quruluq yuxusuna (şaxtalı və soyuq havada qış yuxusuna) gedirlər, isti və günəşli havada, əsasən, 26-27°C temperaturda isə aktiv həyat tərzi keçirirlər. Onların bədənində iki ön və arxa sormacı mövcuddur. Ön sormacda ağız dəliyi və möhkəm kutikula qatı ilə örtülmüş mişarşəkilli kəsici-deşici dişcikləri yerləşir ki, bu, qidalanmağa, arxa sormacı isə substratdan yapışmağa və hərəkətə xidmət edir.
Qida axtarışı məqsədilə zəlilər yaşadıqları mənbələrin, xüsusilə göl və gölməçələrin birindən digərinə asanlıqla miqrasiya edirlər. Onların hər bir fərdi üçün 40-120 sm3 su ehtiyatı kifayət edir. Bu maraqlı canlılar hermofiroditdirlər, bədənlərində hər iki cinsin (erkək və dişi) üzvlərini daşı-yırlar. Onların bədənin qarın nahiyyəsinin orta hissəsində yerləşən cinsi orqanları yaxşı inkişaf etmişdir. Buna baxma¬yaraq, zəli öz-özünü mayalandırma xüsusiyyətinə malik deyildir və bunun üçün digər zəlinin iştirakı vacibdir. Zəlilər ildə bir dəfə nəsil veririlər. Lakin biofabrik şəraitində onları yaxşı qidalandırmaqla ildə bir neçə dəfə nəsil artırmağa nail olmaq mümkündür. Mayalanmış zəlilər sahilə yaxın rütubətli torpaqlarda və daşların altında, tut ipəkqurdunun baramasına bənzər barama qoyurlar. Baramaların daxilində 10-15, bəzən 20-25 embrion (rüşeym) olur və onlar 30-35 gün müddətində inkişaf edərək yetkin fərdlərə bənzər ağ rəngli xırda zəlilərə çev-rilirlər və ilk gündən fəal olub, qidalanır və həyatlarının 3-4-cü ilində cinsi yetkinliyə çatırlar.
Təbabət zəlilərindən seçilməyən, onlara oxşayan zəli növləri də az deyil. Su hövzələrində təbabət zəliləri ilə eyni coğrafi mühitdə yaşayan yalançı at zəlilərini (haemopis sanguisuga) buna misal göstərmək olar. Bu zəlilər insan və heyvanların orqanizmində ağız və traxeyalara daxil olub, onların həyat və sağlamlığına təhlükə yaradırlar.
Zəlilər təbii şəraitdə suda digər canlılarla - qurbağa, tısbağa, balıq, müxtəüf növ həşəratlarla birgə həyat tərzi keçirdiklərinə görə təbabətdə istifadə üçün onların yararlı olması şübhə doğurur. Zəlilərin bədəni iysiz, qoxusuz, zəhərsiz olduğu üçün balıqlar, qurbağalar, su quşları, kirpilər və b. canlılar onlarla asanlıqla qidalanır.
Azərbaycanın təbii su hövzələrində təbabət zəlilərinə geniş rast gəlinir. Ölkəmizdə ilk dəfə 1876- cı ildə Lənkəran, Astara və Masallı rayonlarının su hövzələrində zəli ovuna başlanılmış və qısa müddətdə 1,5 milyona qədər zəli ovlanmışdır. 1962- ci ildə Abşeron yarımadasının Məhəmmədli kəndi yaxınlığındakı, Yanardağ sahəsində zəli yetişdirilməsi üçün nohurlar düzəldilmiş və Qızılağac körfəzindən gətirilmiş 5600 zəli buraxılmışdır. Nohur şəraitində zəlilər nəsil vermiş və burada ildə bir milyondan çox zəli ovlanılmışdır. Lakin sonradan bu işə fasilə verilmiş və bu istiqamətdə yalnız 2016-cı ildən AMEA Zoologiya İnstitutunda tədqiqat işlərinə başlanılmışdır. Hazırda qanunsuz zəli ovu respublikamızda geniş vüsət almışdır.
Hirudoterapiya (zəli ilə müalicə) - qədim vaxtlardan başlayaraq insanlar zəlilərlə müxtəlif xəstəlikləri müalicə edirlər. Hal-hazırda bu müalicə üsulundan uğurla istifadə olunur.
Zəlinin kompleks müalicə effekti vardır - onunla müxtəlif xəstəlikləri (ürək-damar, ginekoloji, dəri, böyrək, prostat, oynaq və baş ağrıları, mədə-bağırsaq sistemi prostat, göz xəstəlikləri, astma-bronxit və s.) müalicə etmək mümkündür. Bununla yanaşı hirudoterapiya insult və infarkt xəstəliklərinin ən yaxsı profilaktik müalicə üsullarından biri sayılır və ondan hipertoniya (qan təzyiqi) xəstəliyi zamanı da istifadə olunur. Bir çox dəri xəstəliklərinin də (trofik xoralar, psoriaz (dəmirov), ekzema, qaraciyər və öd xəstəlikləri və s.) müalicəsində zəli ən təsirli tibbi vasitədir. Hirudoterapiya kosmotologiyada da istifadə olunur- zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Seans zamanı zəli xüsusi şüşə borucuğuna yerləşdirilir və insan bədənininin müxtəlif yerlərinə (xəstəlikdən asılı olaraq) qoyulur. Bir seans zamanı 1 və ya bir neçə zəlidən istifadə edilə bilər. Zəli yalnız bir neçə təxminən 15 ml-ə kimi qan sora bilir və doyduqdan soma dəridən qopur. Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv maddələrlə zəngin olan xüsusi sekret (şirə) ifraz edir ki, bu da qanla keçərək insanın bütün orqan və sisteminə müsbət təsir göstərir. Zəlinin buraxdığı sekretlərdən ən faydalısı hirudin qanın laxtalanmasınm qarşısını alaraq onu duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi posesləri aradan qaldırır. Seans¬dan sonra 2 gün ərzində zəli yapışan yeri islatmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün hec bir təhlükə yaratmır.
Onkoloji xəstəliyi, anemiya, tuberkulyöz xəstəlikləri, zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar və hamilə qadınlar hirudoter- piyadan istifadə edə bilməz.
Hirudoterpiya, əsasən, 3 cür təsir göstərir: mex¬aniki, bioloji və refleksogen.
- Mexaniki təsir - zəlinin dəridə qalması hesabına yerli qan dövranının yaxşılaşdırılmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlir. Uzun müddət alimlər hirudoterpiyanın müsbət effektini yalnız bu amillə bağlayıblar.
- Bioloji təsir - zəlinin yapışdığı nahiyəyə tüpücək vəzisindən ifraz etdiyi sekretlərin təsiri ilə bağlıdır. Onun tərkibi (200-ə yaxın fermentier) kifayət qədər mürəkkəbdir.
- Reflektor təsir (refleksoterapiya) son zamanlar mütəxəssislər zəliləri daha çox müəyyən nöqtələrə qoymağı məqsədəuyğun hesab edirlər.
Biofabrikdə yetişdirilmiş zəlini bir dəfə qidalandırdıqda 6 ay ərzində qidaya ehtiyac duymur. Bu müddət ərzində heç nə ilə qidalanmayan zəli müalicə üçün yararlıdır. Lakin göllərdən tutulan zəlilər uzun müddət ac və çirkli suda qaldığı halda öz keyfiyətini itirir. İstifadə olunmuş zəli xüsusi müşahidə altında yalnız 7-8 aydan sonra ikinci dəfə istifadəyə yararlı ola bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, qanla keçə bilən yoluxucu xəstəliklərin hal-hazırda geniş yayılmış halında bir zəlidən ikinci dəfə istifadə etmək məqsədəuyğun deyil.
Təşəbbüskar zəlinin yetişdirilməsi məqsədilə zəli çoxaldılması üçün təbiətdə istifadə olunan mövcud su hövzəsindən başqa, əlavə süni göllər hazırlamaqla 10 ha sahədə layihəni həyata keçirəcəkdir. Bunun üçün ilkin olaraq mövcud su hövzəsinin suyu təmizlənməli, yaxınlığında hovuzlar yaradılmalıdır.
Şərti olaraq yetişdirilməsi nəzərdə tutulan 5 mln zəli əldə etmək məqsədilə 1000 ədəd zəli bəslənilir və o bir ilin ərzində təxminən 15 min, ikinci ildə 350 min, üçüncü ildə isə nəzərdə tutulan həddə çata bilər. Bu məqsədlə təbii su hövzələrindən sağlam, nəsil vermək qabiliyyətinə malik olan anac zəlilər yığılıb, süni göllərə buraxılmalıdır. Bir il ərzində bir anac zəlidən 3-4 barama alınmaqla hər baramadan 12-15 bala almaq mümkündür. Biofabrikdə proseslər zəncirvari xarakter daşımalıdır. Anac zəli ilə yanaşı bala zəiflərin böyüməsi üçün süni göllərin sahilində bitkilərin (qamış, çayır, yosun və s.) əkilməsi çox vacibdir. Zəiflərin əsas qida mənbəyi canlıların qanı olduğundan su hövzələrində suda yaşayan heyvanların saxlanması da vacib şərtdir. Bu heyvanlara insan və zəlilər üçün təhlükəsiz olanları əsasən, balıq və qurbağaları aid etmək olar. Yüksək səviyyədə qurulmuş sistemdə qeyd olunan heyvanlar da təhlükəsiz çoxalması üçün zəruri şərait yaranacaqdır.
Zəlinin normal çəkisi 0.01-5 qram arası təşkil edir. Müxləlif çəkili zəlilər müalicə məqsədindən asılı olaraq seçilir. Belə ki, məsələn, kosmetikada istifadə olunan zəlilər 0.01-0.5 qram, digər xəstəliklərdə isə 0.5-3.5 qram təşkil edir.
Zəlilərin soyuq aylarda təhlükəsiz çoxaldılması üçün inkubatorların qurulması da nəzərdə tutulmuşdur, inkubatorların ölçüsü çoxaldılacaq zəlilərdən asılı olaraq dəyişə bilər. Biofabrikdə 16mX4mX3m ölçülü inkubatorların qurulması nəzərdə tutulur. Bunun üçün yüngül konstruksiyalar və ya metal karkasların qurulması, üstünün polietilenlə örtülməsi nəzərdə tutu¬lur. Zəlilər yetişdirildikdən sonra nəm torpaqda lOoC temperaturda saxlanmalıdır.
Satışa çıxarılan zəlilər yay aylarında sərin yerdə saxlanılmalıdır. Bunun üçün temperaturu lOoC- yə qədər sabit saxlayan xüsusi qurğularla təchiz olunmuş otaqların tikilməsi vacibdir. Əgər zəli satışa gedirsə onları şüşə və ya xüsusi plastik qablarda steril suda saxlamaq lazımdır. Həmin su gündəlik dəyişdirilməlidir. 3 litr həcmi olan qablarda maksi¬mum 50 zəli yerləşdirmək olar.
Mənfəətin təmin edilməsi
Hazırda yerli bazarda 1 ədəd tibbi zəlinin satış qiyməti keyfiyyətindən asılı olaraq 0.6-1.2 manat arası dəyişir. Biofabrikdə istehsal olunacaq yüksək keyfiyyətli zəlilərin topdan satış qiyməti 0.65 manat götülmüşdür. Gələcəkdə zəlinin ixracı nəzərdə tutulur ki, bunun da minimum satış qiyməti 1 avrodan yuxarı nəzərdə tutulur. Bu qiymətlər tələb-təklifdən asılı olaraq tənzimlənə bilər.
S/s | İşin adı | Manat |
| Satışdan gəlir: |
|
L | 500 000 ədəd zəli üzrə | 325 000.0 |
| Xərclər: | 142 000 |
2. | Əmək haqqı (ştat cədvəlinə uyğun təyin edilir) | 115 800.0 |
3. | Kommunal xərclər | 8 000.0 |
4. | Qablaşdırma. (Şüşə və ya plastik tara) | 3 200.0 |
5. | Marketinq və daşınma xərcləri | 10 000.0 |
6. | Digər xərclər (sair xərclər) | 5 000.0 |
Zəli yetişdirilməsi üçün süni gölün və inkubatorun (qış aylarında) uzunluğu 16m, eni 4m, hündürlüyü isə 3 m olmalıdır.
S/s | İşin adı | Cəmi dəyəri manatla |
1. | Torpaq sahəsinin hazırlanması 10 ha | 80 000.0 |
2. | Ərazinin hasara alınması | 30 000.0 |
3. | Süni göl üçün çuxurların qazılması | 40 000.0 |
4. | Su xəttinin çəkilməsi | 30 000.0 |
5. | Kanalizasiya sisteminin qurulması | 70 000.0 |
6. | Qazanxananin tikintisi və avadanlıqların alınması | 100 000.0 |
7. | Soyutma binasının tikintisi və avadanlıqların alınması | 160 000.0 |
8. | Qaz xəttinin çəkilməsi | 30 000.0 |
9. | Elektrik xəttlərinin çəkilməsi və transformatorun alınması | 20 000.0 |
10. | İnzibati binanın tikintisi | 50 000.0 |
11. | İnkubatorların qurulması | 300 000.0 |
12. | İlkin olaraq 50 min ədəd zəli alınması | 25 000.0 |
13. | Dövriyyə vəsaiti və digər xərclər | 40 000.0 |
| Cəmi | 975 000.0 |
İşçi heyəti və kadrların ixtisası
Tibbi zəlinin yetışdirilməsinə yüksək ixtisaslı həkimlər, bioloqlar, iqtisadçılar və texniki işçilər cəlb olunacaqdır. Biofabrikin qarşıya qoyduğu hədəflərə nail olması üçün bu kadrlar müəssisənin qeyri-maddi aktivi yüksək qiymətləndirilərək kifayət qədər fəaliyyətinə təsir göstərəcəkdir.
İşin səmərəli və təhlükəsiz qurulması üçün yerli mütəxəssislərin Rusiya və Ukraynada bu sahədə fəaliyyət göstərən biofabriklərə səfər edərək təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.
Qeyd: Yaradılacaq biofabrikdə istehsal genişləndikcə yeni iş yerlərinin açılmasına səbəb olacaq və hər bir işçinin aylıq əmək haqqı ştat cədvəlinə I uyğun hesablanacaqdır.
S/s | Ştat üzrə vahid | İşçilərin sayı |
1 | Direktor | 1 |
2 | Texnoloq | 1 |
3 | Mühasib | 1 |
4 | Yetişdirmə sahəsinin işçiləri | 6 |
5 | Mütəxəssis (istilik, havalandırma, soyutma) | 2 |
6 | Təsərrüfat işçiləri | 2 |
7 | Mühafizəçi | 2 |
Cəmi: | 15 |
Yer və İnsan jurnalı, səh 81-85,
2022-ci il