AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) 2013-cü il noyabrın 6-da təsis edilmişdir. C.ü.f.d. Ələkbərova Samirə Oqtay qızı şuranın sədri təyin olunmuşdur. 2021-ci ildə Hüseynova Bəyimxanım Əlirza qızı  Sədr təyin edilmişdir.

Şuranın qarşısına qoyduğu əsas məqsəd gənclərin elmə olan marağının artırılması, müxtəlif istiqamətli təşəbbüslərinin stimullaşdırılması, elmin regionlarda təbliğ edilməsi, elmin və təhsilin vəhdəti sistemində tədbirlərin həyata keçirilməsi, multidissiplinar mövzulara həsr olunmuş yerli və beynəlxalq forum, konfrans, seminarların təşkil olunması, kütləvi informasiya vasitələrində gənclərin iştirakının təmin edilməsi, beynəlxalq əlaqələrin təşkil olunması, eləcə də dövlət əhəmiyyətli digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Eyni zamanda, Azərbaycan təbiəti haqqında məktəb şagirdlərinə daha dərin məlumat vermək, həmçinin onları müasir coğrafi informasiya sistemləri ilə tanış etmək, gələcək peşə seçimində onlara dəstək olmaq məqsədilə  orta məktəb şagird və müəllimləri üçün “Azərbaycanı tanıyaq” devizi altında silsilə seminar-məşğələlər keçirilir. Qrant layihələri çərçivəsində orta məktəb şagirdlərinə coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərindən istifadə yolları izah olunur. Beləliklə orta məktəb şagirdləri dərsi yalnız nəzəri deyil, həm də praktik olaraq öyrənirlər. Bu isə coğrafiya fənninin daha yüksək səviyyədə mənimsənilməsinə kömək edir. 

 

 İdarə Heyətinin üzvləri

  1. Hüseynova Bəyimxanım Əlirza qızı - “Demoqrafiya və əhali coğrafiyası”, - kiçik elmi işçi Sədr
  2. Abuşova Samirə Nəsib qızı - “Geomorfologiya və təbii risklər”, böyük elmi işçi c.ü.f.d. - Müavin
  3. İmamverdiyev Nicat Söhrab oğlu - “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası”, elmi işçi - İdarə heyəti
  4. Cəbrayılov Emil Akif oğlu - “Landşaftşünaslıq və landşaft planlaşdırılması”, elmi işçi - İdarə heyəti
  5. Hüseyinova Turanə Mahmud qızı - “Tibbi coğrafiya”, kiçik elmi işçi  - İdarə heyəti
  6. Məmmədova Ayşən Ramiz qızı - “Geoinformatika və kartoqrafiya”, elmi işçi - İdarə heyəti
  7. İsmayılova Elnarə Ərşad qızı - “Turizm və rekreasiya coğrafiyası”, elmi işçi - İdarə heyəti

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2022