NAXÇIVAN MUXTAR RESPUBLİKASI - I CİLD

2018
Baş redaktor: Akademik Ramiz Məmmədov.

Fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik olan Muxtar Respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilmişdir. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və onlar geniş şərh edilmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz mənbə ola bilər.

Redaksiya heyəti:   Akademik T.N.Talıbov, AMEA-nın müxbir üzvləri S.N.Məhərrəmov və T.M.Kəngərli, c.ü.e.d. H.A.Xəlilov və R.M.Qaşqay, c. ü.f.d. M.S.Həsənov, N.S.Bababəyli, S.Ə.Tarixazər,  İ.Y.Kuçinskaya