MİLLİ ATLAS



“Azərbaycan Respublikasının Milli Atlası”  19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. “Azərbaycanın Milli Atlası”na Coğrafiya İnstitutu əməkdaşları tərəfindən hazırlanmış 169 xəritə  daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.