ABŞOREN İQTİSADİ-COĞRAFİ RAYONUNDA SOSİAL-DEMOQRAFİK PROEBLEMLƏR VƏ MƏSKUNLAŞMA MƏSƏLƏLƏRİ


Etibar Bədəlov

Dörd fəsildən ibarət bu monoqrafiya Abşeron  regionunda əhali məskunlaşmasında baş verən sosial-iqtisadi və demoqrafik proseslərin inkişaf istiqamətlərini iqtisadi-coğrafi yanaşma ilə təhlil edən ilk elmi əsərlərdən biridir.

Müəllif əsərində “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq şəhər məskunlaşmasının səmərəli əra­zi təşkili və inzibati idarəetmə məsələlərini təhlil etmiş, onların tənzimlənməsinə dair istiqamətləri, hələ də mövcud olan problemlərin aradan qaldırılması yollarını müəyyən etmişdir.

Əsər iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr, magistr) və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən Abşeronla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.