AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MÖCÜZƏLƏRİ


R.M. Məmmədov, E.K. Əlizadə, S.Ə. Tarixazər, E.C.Kərimova, T.N. Kəngərli, R.Ş.Əliyeva, E.N.Əliyev, T.N.İsayeva, N.A Zeynalov

Gələcək nəsillərə ötürüləcək “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu ölkəmizin qiymətli irsidir. Bu gün işğal olunmuş torpaqlarımızda vəhşicəsinə dağıdılmış yüzlərlə tarixi, təbii, dini və mədəni abidələrimiz vardır. Bu kitab-albom Azərbaycanın təbii və mədəni irsini  inkişaf etmiş dünya cəmiyyətlərinə və təşkilatlarına  çatdırmalı, həmçinin, vətənə və Azərbaycanın xoşbəxt gələcəyinə xidmət etmək vərdişini gələcək nəsillərə ötürməlidir.

Burada ilk dəfə olaraq, ölkənin ən təsirli mənzərələri toplanmışdır. Bu kitab-albom  ucsuz-bucaqsız vətənimiz haqda əvəzolunmaz bir nəşrdir. 400-dən artıq əsrarəngiz foto-şəkil, açıqlama və turistik məlumatlar onu unikal edir. Kitab-albomun əsasında Azərbaycan daxilində gələcək məzuniyyətinizi planlaşdıra bilərsiniz. O mütləq sizin kolleksiyanızda qiymətli yer tutacaq və hər bir gözəllik sevənə dəyərli hədiyyə olacaq.

Bakı - 2015, Şərq-Qərb Nəşriyyat evi.